XARİCİ İŞLƏR NAZİRLİYİNİN MƏTBUAT MƏRKƏZİNİN MƏLUMATI
Oktyabrın 20-21-də Bolqarıstan Respublikasının xarici işlər naziri Solomon Pasi yolüstü Bakıda olmuşdur. Qısamüddətli dayanacaq zamanı o, Azərbaycanın xarici işlər nazirinin müavini Xələf Xələfovla görüşmüş və qarşılıqlı maraq kəsb edən regional və beynəlxalq məsələlər barədə fikir mübadiləsi aparmışdır.
Görüş zamanı Xələf Xələfov Bolqarıstanla siyasi, iqtisadi, humanitar və mədəni əlaqələrin daha da inkişaf etdirilməsində Azərbaycanın maraqlı olduğunu vurğulamışdır. Xələf Xələfov Azərbaycanın ən vacib problemi hesab olunan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ağır nəticələri, respublikamızda aparılan demokratik islahatlar, ölkəmizin xarici siyasəti, beynəlxalq təşkilatlarla əməkdaşlığı və sair məsələlər haqda qonağa məlumat vermişdir.
Solomon Pasi öz növbəsində Bolqarıstanın Avropa İttifaqına və NATO-ya üzvlük istiqamətində apardığı islahatlar və qoşulduğu müqavilələr, həyata keçirilən tədbirlər barədə Xələf Xələfova məlumat vermişdir. O, Azərbaycanın ictimai-siyasi, iqtisadi sahələrdə əldə etdiyi nailiyyətləri yüksək qiymətləndirmiş, Avropa və Avro-Atlantik strukturlarına tam inteqrasiya olunmasında Bolqarıstanın ölkəmizlə qarşılıqlı əməkdaşlıq edəcəyini vurğulamış və Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ probleminin tezliklə sülh yolu ilə nizamlanmasına ümid etdiyini bildirmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.06.2026 [16:05]
Azərbaycan–Çin əlaqələrinin inkişaf perspektivlərindən danışılıb
- 12.06.2026 [13:47]
Musa Quliyev: Türk dünyasında həmrəylik daha da gücləndirilməlidir
- 12.06.2026 [13:41]
Azərbaycanın Portuqaliyada səfirliyi təsis edilir
- 11.06.2026 [23:01]