XARİCİ İŞLƏR NAZİRLİYİNİN NORMATİV-HÜQUQİ BAZASI TƏKMİLLƏŞDİRİLİR
Xarici işlər naziri Elmar Məmmədyarovun AZƏRTAC-a verdiyi məlumata görə, son iki ildə normativ-hüquqi bazanın təkmilləşdirilməsi məqsədi ilə səfirliklər və daimi nümayəndəliklər haqqında əsasnamələr, Xarici İşlər Nazirliyinə (XİN) işə qəbul qaydaları təsdiq edilmişdir. Konsulluqlar haqqında əsasnamə, diplomatik xidmət işçilərinin attestasiya qaydaları və diplomatik nümayəndəliklərin maliyyə təminatı qaydaları üzrə iş isə yekun mərhələsindədir.
Bundan başqa, “Diplomatik xidmət haqqında” qanunun və “Xarici İşlər Nazirliyi haqqında Əsasnamə”nin yeni variantları üzrə iş gedir. Azərbaycan Respublikasının vahid xarici siyasət xəttinin həyata keçirilməsində XİN-in əlaqələndirici rolunun gücləndirilməsi haqqında fərmanın layihəsi Azərbaycan Respublikası Prezidentinə təqdim olunmuşdur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.10.2026 [16:19]
Azərbaycan 2026-2028-ci illərdə AQEM-ə sədrlik edəcək
- 15.10.2026 [16:13]