Xarkov meriyası: əhalinin şəhərdən təxliyəsinə səbəb yoxdur
Kiyev, 3 aprel, AZƏRTAC
Əhalinin Xarkovdan köçürülməsi ilə bağlı yayılan məlumatlar həqiqətə uyğun deyil. Xarkovda əhalinin təxliyəsinə səbəb yoxdur.
Bu barədə AZƏRTAC-ın sorğusuna cavab olaraq Xarkov şəhər meriyasından bildiriblər.
Məlumatda qeyd olunur ki, Xarkov şəhərindən əhalinin guya təxliyə olunması barədə xəbərlər Rusiyanın sosial şəbəkələri tərəfindən məqsədli şəkildə yayılır. Məqsəd isə əhalisi arasında ajiotaj və təşviş yaratmaqdır.
“Hazırda döyüş əməliyyatlarının davam etdiyi yerlərdən Xarkov şəhərinə təxliyə davam edir. Xarkovda 1,3 milyon sakin yaşayır. Onların arasında etnik azərbaycanlılar da kifayət qədərdir”, - deyə məlumatda vurğulanır.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.10.2026 [15:12]
İraq Yaxın Şərqdə müharibə səbəbindən 60 milyard dollar itirib
- 16.10.2026 [15:12]
“Porsche” 500 min avroluq yeni modelini təqdim etməyə hazırlaşır
- 16.10.2026 [14:28]
Birləşmiş Ştatların gündəlik neft hasilatı azalır
- 16.10.2026 [14:27]
ABŞ-nin neft ehtiyatları azalıb
- 16.10.2026 [13:43]
Fransa 2027-ci il üçün Aİ büdcəsinə 30,91 milyard avro ayıracaq
- 16.10.2026 [13:25]
Türk nazir: İstanbul tarixinin ən böyük sel fəlakətlərindən birini yaşadı
- 16.10.2026 [12:38]