XARKOVDA ZƏLİNİN KÖMƏYİ İLƏ NARKOTİK ASILILIQDAN MÜALİCƏ ÜSULU TƏTBİQ OLUNUR
Kafedranın müdiri, professor İvan Sosin demişdir: “Tibb zəlilərinin tüpürcəyindəki hirudin qanın laxtalanmasının qarşısını alır, ona görə də maddələr mübadiləsi ilə bağlı xəstəliklərin müalicəsində geniş istifadə olunur. Lakin tədqiqatlarımızın nəticəsində müəyyənləşmişdir ki, hirudin başqa təsir də göstərir. Zəli insan bədəninin akupunktura mütəxəssislərinin təyin etdikləri müəyyən nöqtələrinə qoyularsa, ifraz olunan hirudin narkotik asılılığın qarşısını alır, qan damarlarını bərpa edir, orqanizmi ümumən möhkəmləndirir.
Bu üsulun yeniliyi Ukrayna patenti ilə təsdiqlənmişdir. Hirudoterapiyanın köməyi ilə müalicə Xarkov Narkologiya Dispanserinin klinikasında uğurla sınaqdan çıxarılmış və bu il yüzdən çox xəstə belə müalicə almışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [17:29]
Ötən həftə Azərbaycanda COVID-19 əleyhinə 70 doza vaksin vurulub
- 26.08.2023 [12:14]
COVID-19-un yeni variantı daha yüksək mutasiya qabiliyyətinə malikdir
- 24.08.2023 [16:45]
Çexiyalı kardioloqlar aritmiyanın müalicəsində yeni üsul hazırlayıblar
- 24.08.2023 [16:26]