Xəbərdarlıq: Yaxın 4 gündə bəzi yerlərdə maksimal temperatur 43 dərəcəyə çatacaq VİDEO
Bakı, 18 iyul, AZƏRTAC
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti rayonlarda hava şəraitinin isti keçəcəyi barədə əhaliyə xəbərdarlıq edib.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumatda bildirilir ki, iyulun 18-dən 22-dək Bakıda və Abşeron yarımadasında havanın maksimal temperaturunun 33-38 dərəcə olacağı, bəzi ərazilərdə isə 41 dərəcəyədək yüksələcəyi gözlənilir.
İyulun 23-dək Azərbaycanın rayonlarında isti hava şəraitinin davam edəcəyi, havanın maksimal temperaturunun 35-40 dərəcə, bəzi yerlərdə isə 43 dərəcə isti olacağı gözlənilir.