Xətai rayonunda şəhid Rüfət Əsgərovun adını daşıyan küçənin açılışı olub
Bakı, 5 dekabr, AZƏRTAC
Xətai rayonunda Vətən müharibəsi şəhidi Əsgərov Rüfət Mürvət oğlunun adını daşıyan küçənin açılışı olub.
Açılış mərasimində rayon icra hakimiyyətinin işçiləri, Heydər Əliyev adına Hərbi Liseyin və YAP Xətai rayon təşkilatının nümayəndələri, şəhidin ailə üzvləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Rayon icra hakimiyyətindən AZƏRTAC-a verilən məlumata görə, mərasimdə Hərbi Orkestrin ifasında Dövlət Himni səsləndirilib. Tədbir iştirakçıları şəhid haqqında xatirələrini bölüşüb, haqq savaşında göstərdiyi igidlik nümunəsindən danışıblar.
Şəhidin adı və soyadı yazılan lövhə divara vurulub.
Şəhidin ailə üzvləri göstərilən diqqət və qayğıya görə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlığını bildiriblər.