XEYRİYYƏ TƏDBİRİNƏ 1000 NƏFƏR QADIN CƏLB EDİLMİŞDİR
Cəmiyyət sədrinin birinci müavini Firəngiz Mürsəlova AZƏRTAC-ın müxbirinə bildirmişdir ki, Bakıda və Abşeronda 4 ahıllar evi və 18 internat məktəbi fəaliyyət göstərir. Ahıllar evində məlum sosial səbələr üzündən çətin vəziyyətə düşmüş, sosial və mənəvi dəstəyə ehtiyacı olan adamlar yaşayırlar. Odur ki, kənar adamların qayğı və köməyi onlar üçün çox vacibdir.
Onun sözlərinə görə, son 4 ildə hər həftə xeyriyyə tədbirləri keçirilir. Əvvəlcə ərzaq alınması üçün vəsait və geyim toplanması istiqamətində iş görülür. Bu tədbirlərə cəmiyyətin min nəfər üzvü cəlb olunmuşdur.