Xəzər dənizində naməlum kişi meyiti tapılıb
Bakı, 20 noyabr, AZƏRTAC
Bakı şəhəri Suraxanı rayonu Qum adası adlanan ərazidə dəniz sahilində naməlum kişi meyiti tapılıb.
Bu barədə AZƏRTAC-a DİN-in mətbuat xidmətindən məlumat verilib.
“Meyitin əlamətləri: boyu 160-165 santimetr, orta bədən quruluşlu, qara saçlıdır (başının ortasında saçı tökülüb). Meyitin burun hissəsində xüsusi əlamət kimi çapıq izləri müşahidə olunub. Tapılan zaman əynində üst geyimi aşkar olunmayıb. Bu şəxsi tanıyanlardan DİN-in “102” Xidmətinə və ya Su Nəqliyyatında Polis İdarəsinin 012-433-38-02, 012-433-38-12 nömrələrinə zəng edərək məlumat vermələri xahiş olunur”,- deyə məlumatda bildirilir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.06.2026 [18:23]
Dövlət Yanğından Mühafizə Xidməti növbəti “Açıq qapı” günü təşkil edib
- 16.06.2026 [17:42]
Xırdalanda yeni kanalizasiya kollektoru inşa edilir
- 16.06.2026 [17:35]