Xəzər dənizinin Azərbaycana aid olan 955 kilometrlik sahil zolağında iməciliklər keçirilmişdir
Bakı, 1 oktyabr (AZƏRTAC). Beynəlxalq Dəniz Günü ilə əlaqədar Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) tərəfindən keçirilən tədbirlər başa çatmışdır.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, tədbirlər planına müvafiq olaraq Xəzər dənizinin Azərbaycan Respublikasına mənsub 955 kilometrlik sahil zolağında vətəndaşların, yerli icra strukturlarının, qeyri-hökumət təşkilatlarının, təhsil müəssisələrinin nümayəndələrinin iştirakı ilə iməciliklər keçirilmiş, məişət və sənaye tullantıları yığılaraq zibil poliqonuna daşınmışdır.
Eyni zamanda, orta təhsil müəssisələrində, idarə və müəssisələrdə Xəzər dənizinin bioresurslarının əhəmiyyəti barədə mühazirələr oxunmuş və dəyirmi masalar təşkil olunmuşdur. Tədbirlərdə ETSN-in mütəxəssisləri tərəfindən ictimaiyyətə su hövzələrinin zənginliyi barədə məlumatlar verilmiş, həmçinin hər bir sakinə bu resursların qorunmasının vacibliyi təbliğ edilmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 02.10.2026 [13:04]
COP31 Sədrliyi dəniz tullantılarının təmizlənməsi platformasını təqdim edib
- 02.10.2026 [10:37]
Bəzi yerlərdə leysan xarakterli yağış yağır, şimşək çaxır
- 01.10.2026 [17:53]
Sentyabrda orta aylıq temperatur iqlim normasından yuxarı olub
- 01.10.2026 [17:32]
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
- 01.10.2026 [13:27]
Sabah yağış yağacaq, külək güclənəcək
- 30.09.2026 [19:04]
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
- 30.09.2026 [18:31]
Hava şəraiti qeyri-sabit keçəcək, temperatur 5-8 dərəcə enəcək - XƏBƏRDARLIQ
- 30.09.2026 [15:39]