Azərbaycan Dövlət İnformasiya Agentliyi

Xəzər dənizinin səviyyəsinin azalmasının dominant səbəbi - İqlim dəyişikliyi, buxarlanma, yoxsa çay axınları MÜSAHİBƏ

Xəzər dənizinin səviyyəsinin azalmasının dominant səbəbi - İqlim dəyişikliyi, buxarlanma, yoxsa çay axınları MÜSAHİBƏ

Bakı, 26 noyabr, Aytac Haqverdiyeva, AZƏRTAC

Xəzər dənizi tarixi boyunca regionun təbii sərvəti, iqtisadi dayağı və ekoloji tarazlığının əsas elementlərindən biri olub. Son illərdə aparılan müşahidələr isə bu unikal su hövzəsinin sürətlə kiçildiyini, səviyyəsinin isə rekord həddə qədər aşağı düşdüyünü göstərir. Ətraf mühit mütəxəssisləri Xəzərdə baş verən bu dəyişiklikləri həm iqlim dəyişikliyinin, həm də insan fəaliyyətinin birbaşa nəticəsi kimi dəyərləndirirlər. Dənizin çəkilməsi yalnız sahilyanı ekosistemlərə deyil, həm də region ölkələrinin sosial-iqtisadi həyatına, nəqliyyat marşrutlarına və bioloji müxtəlifliyinə ciddi təsirlər göstərir.

AZƏRTAC Xəzər dənizinin quruma səbəbləri, mümkün nəticələri və qarşıda duran çağırışlarla bağlı ekologiya üzrə mütəxəssis Gülşən Axundova ilə müsahibəsini təqdim edir.

-Gülşən xanım, Xəzər dənizinin səviyyəsindəki azalmanın əsas səbəbləri nələrdir? Hansı faktor daha dominant görünür: İqlim dəyişikliyi, buxarlanma, yoxsa çay axınlarının azalması?

-Xəzər dənizində su səviyyəsinin azalması çoxfaktorlu prosesdir və su balansı ilə izah olunur. Əsas su mənbəyi Volqa, Ural və Kür çaylarıdır, itkilər isə əsasən buxarlanma hesabına baş verir. Son illərdə temperatur artımı buxarlanmanı gücləndirib, iqlim dəyişikliyi isə yağıntı rejimini dəyişərək çay axınlarını azaldıb. İnsan fəaliyyəti, suvarma sistemləri, su anbarları, hidroenergetika və sənaye üçün su götürülməsi Xəzərə daxil olan suyun həcmini daha da azaldır. Əsas determinant faktor isə Volqa çayının axınının zəifləməsidir, lakin iqlim dəyişikliyi onun təsirindən ayrı deyil. Tarixi tədqiqatlar göstərir ki, Xəzərin səviyyəsi həmişə tsiklik dalğalanmalar keçirib, amma müasir dövrdə bu proses qlobal iqlim dəyişikliyi və antropogen təsirlər nəticəsində daha kəskin və davamlıdır. Nəticədə səviyyə azalması bir neçə faktorun, iqlim dəyişikliyi, buxarlanma, çay axınlarının azalması, insan fəaliyyəti və təbii tsikliklərin mürəkkəb birləşməsi ilə bağlıdır. Xüsusilə qeyd etmək istəyirəm ki, bu proses yeni deyil və Xəzər tarix boyu səviyyə dəyişiklikləri ilə səciyyələnib. Lakin indiki dinamika əvvəlkilərdən həm miqyası, həm də səbəbləri baxımından fərqlidir. Keçmişdə səviyyə fluktuasiyaları əsasən təbii iqlim tsiklləri ilə bağlı olub. Məsələn, 1978-1995-ci illərdə yüksəliş müşahidə edilib, sonrakı dövrdə isə tədrici enmə baş verib. Bu dəyişikliklər isə Volqa hövzəsində yağıntılar, qar ehtiyatları, atmosfer sirkulyasiyası və buxarlanma ilə izah olunub.

Müasir səviyyə azalması isə daha mürəkkəb və davamlıdır. Bu proses qlobal iqlim dəyişikliyi fonunda baş verir, temperatur artımı buxarlanmanı gücləndirir və çay hövzələrinin hidroloji rejimini dəyişir. Əvvəllər zəif olan antropogen təsirlər, indi su anbarları, suvarma, sənaye və kənd təsərrüfatı üçün su götürülməsi ilə səviyyəni daha çox azaldır.

Bundan əlavə, indiki azalmanın sabit xətt üzrə olması və bərpa mexanizmlərinin zəifləməsi onu göstərir ki, bu, yalnız təbii tsiklin davamı deyil, həm də insan fəaliyyəti ilə güclənmiş, daha uzunmüddətli prosesdir. Nəticədə Xəzərdə səviyyə dəyişməsi tarixdə mövcud olsa da, hazırkı dinamika daha sürətli, kompleks və insan təsiri ilə şərtlənib.

-Xəzər dənizinin şimal, mərkəz və cənub hövzələrində vəziyyət eyni deyil. Hansı hissələr daha təhlükəli vəziyyətdədir və niyə?

-Xəzər dənizinin müxtəlif hissələrində baş verən dəyişikliklər eyni xarakter daşımır. Ən təhlükəli zona isə Xəzərin şimalıdır, çünki dayaz sahələr və geniş şelf zonası səviyyə azalmasına qarşı çox həssasdır. Bu bölgədə quruma və ekosistem itkisi baş verir, nərə balıqları üçün kürüləmə əraziləri daralır və Volqa ilə Ural çaylarının axınının zəifləməsinin təsiri artır. Mərkəzi Xəzər nisbətən dərindir və burada səviyyə azalmasının təsiri daha yumşaqdır, lakin hidrodinamik rejim və su stratifikasiyası pozulur, balıq və plankton sistemlərinə təsir göstərir. Xəzərin cənubu isə dərin olmasına baxmayaraq, burada buxarlanma intensivdir, temperatur yüksəkdir. Həmçinin sənaye fəaliyyətinin sıxlığı hidroloji, iqlim və texnogen riskləri artırır. Beləliklə, ekoloji baxımdan şimal, hidroloji və texnogen baxımdan isə cənub daha risklidir, mərkəz isə aralıq keçid rolunu oynayır.

Hazırda Xəzəryanı ölkələr arasında koordinasiya mexanizmləri müəyyən səviyyədə mövcuddur, lakin Xəzər dənizinin səviyyə dəyişmələrinin miqyası və riskləri ilə müqayisədə hələ kifayət qədər effektiv sayılmır. Hüquqi və institusional baza yaradılıb, birgə işçi qrupları, sazişlər və dövri görüşlər fəaliyyət göstərir, müəyyən layihələr həyata keçirilir və məlumat mübadiləsi aparılır. Lakin praktikada bu əməkdaşlıq daha çox deklarativ (elan xarakterli – red.) və fragmentar (tam olmayan, parça-parça, hissələr şəklində - red.) xarakter daşıyır. Hidrometeoroloji məlumatlar ölkələr üzrə fərqli metodlarla ölçüldüyü üçün vahid qiymətləndirmə aparmaq çətinləşir, səviyyə azalmasına qarşı tədbirlər isə əsasən milli səviyyədə planlaşdırılır.

Nəticədə demək olar ki, mövcud koordinasiya yetərli deyil. Gələcəkdə vahid məlumat bazasının yaradılması, standartlaşdırılan monitorinq metodlarının tətbiqi, birgə elmi proqramların genişləndirilməsi və regional səviyyədə adaptasiya strategiyalarının əlaqələndirilməsi daha səmərəli əməkdaşlıq üçün zəruridir.

Ən son aparılan tədqiqatlar göstərib ki, növbəti 20-30 ildə Xəzər dənizində səviyyə azalması davam edəcək. Qazaxıstan alimlərinin Kazhidromet çərçivəsində apardıqları tədqiqatlar su balansının mədaxil hissəsinin nisbətən stabil olduğunu, lakin buxarlanma və digər itkilərin artacağını, bu da sahil xəttinin geri çəkilməsinə və dəniz sahəsinin daralmasına səbəb olacağını aşkarlayıb. Yeni preprint-tədqiqat (2025) “The Impact of Climate on the Caspian Sea Level: Fluctuations in the Past, Present and Future” məqaləsində 2024-2055-ci illər üçün proqnozlar təqdim olunur və göstərilir ki, yüksək emissiya ssenarilərində səviyyə azalması daha kəskin olacaq və su səviyyəsi tarixi aşağı fazalara yaxınlaşa bilər. Lənkəran Dövlət Universiteti tərəfindən dərc olunan milli elmi tədqiqatlarda isə regionda temperaturun yüksəlməsi və antropogen amillərin Xəzərin su balansına mənfi təsiri qeyd olunur. Həmçinin sərbəst su balansının mənfi fazaya keçəcəyi, buxarlanma və itkilərin artacağı proqnozlaşdırılır. (FOTO 1)

-Xüsusilə Azərbaycanın sahil zonasında hansı risklər daha aktualdır?

-Azərbaycanın sahil zonasında Xəzər dənizinin səviyyəsinin azalması bir sıra riskləri aktuallaşdırır. Ən vacib risklər arasında sahil eroziyası və torpaq itkisi dayanır, çünki səviyyə enməsi sahil xəttini geri çəkir, çay deltaları və bataqlıqlar quruyur, bu da kənd təsərrüfatı və yaşayış zonalarını təhlükəyə atır. Digər əsas risklər şoranlaşma və torpaq keyfiyyətinin pisləşməsi ilə bağlıdır. Səviyyə aşağı düşdükcə sahil zonasındakı torpaqların duzluq səviyyəsi yüksəlir, bu isə suvarma üçün torpaqların istifadəsini çətinləşdirir və əkin sahələrinin məhsuldarlığını azaldır.

İnfrastruktur və iqtisadi fəaliyyətlər də risk altındadır. Limanlar, balıqçılıq mərkəzləri, turizm zonaları və neft-qaz platformaları səviyyənin azalması səbəbindən funksionallığını itirə və əlavə xərclər tələb edə bilər.

Bundan əlavə, ekosistemlər və biomüxtəliflik üçün də ciddi risklər mövcuddur. Sahil bataqlıqları və dayaz su sahələri məhv ola, balıq və quş növlərinin yaşayış mühiti darala, ekoloji balans pozula bilər.

Nəticədə, Azərbaycanın sahil zonasında risklər həm fiziki-mühit (eroziya, şoranlaşma), həm sosial-iqtisadi (infrastruktur, əkinçilik, balıqçılıq), həm də ekoloji (biomüxtəlifliyin itməsi) aspektlərdə aktualdır və kompleks adaptasiya tədbirləri tələb edir.

Xəzər dənizində səviyyə enməsinin qarşısını tamamilə almaq praktik olaraq mümkün deyil, çünki bu proses həm qlobal iqlim dəyişikliyi, həm də regional hidrometeoroloji amillərlə bağlıdır. Belə ki, buxarlanma, temperaturun yüksəlməsi və çay axınlarının azalması kimi səbəblər həm təbii, həm də insan fəaliyyətindən asılı olan faktorların qarışığıdır.

Bu baxımdan daha realist və effektiv yanaşma zərərin minimuma endirilməsi və adaptasiya tədbirlərinin həyata keçirilməsidir. Məsələn, sahil infrastrukturunun, liman və neft-qaz qurğularının su səviyyəsinin azalmasına uyğun yenidən planlaşdırılması, çay axınlarının və su anbarlarının daha səmərəli idarə olunması, sahil eroziyası və şoranlaşmanın qarşısının alınması, ekosistemlərin qorunması kimi tədbirlər həm iqtisadi, həm ekoloji, həm də sosial baxımdan riskləri azaldır.

Yəni, reallıq budur ki, Xəzər dənizinin səviyyəsini artırmaq və ya sabit saxlamaq üçün qlobal miqyaslı iqlim tədbirləri və uzunmüddətli su balansı idarəçiliyi tələb olunur. Lakin qısa və orta müddətli perspektivdə önəmli olan adaptasiya strategiyalarını həyata keçirmək və zərərləri azaltmaqdır.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Polşa öz ərazisində “Patriot” istehsalı zavodunun tikintisini təklif edib

“Hizbullah” Livanı İsraillə ikitərəfli danışıqları dayandırmağa çağırıb

İraq ABŞ-dən İranla uçuşlara icazə verməsini istəyir

Xaçmazda baş verən avtoqəza ilə əlaqədar xəstəxanaya 9 nəfər müraciət edib YENİLƏNİB

Tokayev: Xəzərdə həlak olan hərbçilərə xilasetmə jiletləri verilməyib

Media: Netanyahu BƏƏ Prezidenti ilə görüşmək üçün gizli şəkildə Əbu-Dabiyə gedib

Elnarə Zeynalova: Yubiley tədbirləri gənclərdə klassik irsə marağı artırır

Kiyevdə soydaşlarımızın da çalışdığı bazara hava zərbəsi endirilib, ölənlər var

Vətən müharibəsi şəhidləri İstanbulda anılıblar

Fransada Senat seçkilərinin ilk nəticələri: sağçı və mərkəzçi qüvvələr öndədir

Vuçiç Serbiya prezidenti vəzifəsindən istefa verib

Qərbi Azərbaycan İcması Zəfər parkını ziyarət edib

Rotterdamda şəhidlərimizin xatirəsi ehtiramla yad edilib

Çimərlik güləşində Azərbaycan millisi tarix yazıb

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

27 Sentyabr: Zəfərin böyüklüyü və fədakarlığın məsuliyyəti - ŞƏRH

Lənkəranda Anım Günü ilə bağlı 500 ağac əkilib

ADPU və filiallarında Anım Günü silsilə tədbirlərlə qeyd edilib

Samir Qulamov: "Bir nəfəs qədər" Azərbaycanda Zəfərə həsr olunan ilk səhnə əsərlərindən biridir

AzTU kollektivi Zəfər parkında şəhidlərin xatirəsinə ehtiramını bildirib

BMU-nun kollektivi Zəfər abidəsini ziyarət edib

Helsinki Azərbaycan Evində 27 Sentyabr – Anım Günü qeyd olunub

AHİK əməkdaşları Anım Günündə Zəfər parkını ziyarət ediblər

Mədəniyyət Nazirliyinin kollektivi şəhidlərin xatirəsini yad edib

Əmanətlərin Sığortalanması Fondunun kollektivi Zəfər Parkını ziyarət edib

Altmış yeddi yaşlı həmyerlimiz ölkəmizi 52-ci Berlin Marafonunda təmsil edib

Anım Günü: Zəfərin qəhrəmanları dərin ehtiramla yad edilib - YENİLƏNİB-2 VİDEO

Anım Günü: Zəfərin qəhrəmanları dərin ehtiramla yad edilib - YENİLƏNİB-2 VİDEO

“AzerGold” QSC-nin kollektivi Zəfər parkını və şəhid əməkdaşlarının məzarlarını ziyarət edib

Gürcü politoloq: 27 Sentyabr Cənubi Qafqazda yeni inkişaf mərhələsinin başlanğıcıdır

Zəfərə aparan yolun başlanğıcı - ŞƏRH

Dövlət Komitəsinin kollektivi Anım Günündə şəhidlərin xatirəsini yad edib

Azərbaycan Ordusunda Anım Günü silsilə tədbirlərlə qeyd olunub

Bu saata olan əsas xəbərlər

Media və Yayım Şurasının kollektivi Zəfər parkını ziyarət edib VİDEO

Media və Yayım Şurasının kollektivi Zəfər parkını ziyarət edib VİDEO

Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşları və xaricdəki soydaşlarımız Zəfər parkını ziyarət ediblər

Niyazinin mənzil-muzeyində Anım Gününə həsr edilmiş tədbir təşkil olunub

BDU kollektivi şəhidlərin xatirəsini ehtiramla yad edib

Malayziyada yaşayan Azərbaycan icması şəhidlərimizin xatirəsini yad edib

Nic qəsəbəsindəki kilsədə şəhidlərimiz anılıb

XRİTDX Anım Günü ilə əlaqədar şəhidlərin xatirəsini ehtiramla anıb

Azərbaycan millisi UEFA Millətlər Liqasına heç-heçə ilə başlayıb - YENİLƏNİB-2

Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi İranda anılıb

Osloda Anım Günü: Şagirdlər şəhidlərimizə həsr olunmuş xüsusi guşə yaradıblar

AQTA-nın kollektivi şəhidləri anıb

Maliyyə Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib

Türkiyənin Milli Müdafiə Nazirliyi: Azərbaycan qəhrəmanlarının xatirəsini ehtiramla yad edirik

Britaniyada terror aktı hazırlığında şübhəli bilinən 5 nəfər saxlanılıb

Şəhidlərin xatirəsinə ehtiram: Tərtər və Ağdamda anım mərasimləri

Türkiyə Prezidenti: Qarabağ Azərbaycan torpağıdır, əbədi olaraq belə də qalacaq

Elmi ictimaiyyətin nümayəndələri şəhidlərimizin xatirəsini ehtiramla anıblar

İqtisadiyyat Nazirliyinin kollektivi Zəfər parkında şəhidlərin xatirəsini yad edib

Şimal bölgəsində silsilə anım tədbirləri və ağacəkmə aksiyaları təşkil olunub

ANAMA rəhbərliyi Zəfər parkını ziyarət edib

“Zəfərə doğru uzanan yol” - Trakya Universitetində konfrans

27 Sentyabr – Anım Günü Varşavada qeyd olunub

Milli Kitabxanada Anım Gününə həsr olunmuş virtual və ənənəvi sərgi açılıb

ƏƏSMN kollektivi Anım Günündə şəhidlərimizin xatirəsini anıb

Qazaxıstanda hərbi islahat planı hazırlanacaq

Mahir Emreli Litva ilə oyunda qol vuraraq əsgər salamı verib

Şimal-qərb bölgəsində Anım Günü: Şəhidlərin məzarları ziyarət olunub

AZƏRTAC-ın kollektivi Zəfər parkını ziyarət edib VİDEO

AZƏRTAC-ın kollektivi Zəfər parkını ziyarət edib VİDEO

Zelenski: Ukrayna ordusu Donetsk vilayətində mühüm nəticələr əldə edib

Sankt-Peterburqda Anım Gününün altıncı ildönümü qeyd olunub

Mehmet Daniş: Vətən müharibəsi Türkiyə-Azərbaycan qardaşlığının daha bir nümunəsidir

Kənd Təsərrüfatı Nazirliyinin kollektivi şəhidlərimizin xatirəsini ehtiramla yad edib

FHN kollektivi Zəfər parkını ziyarət edib

Tovuz və Qazaxda Anım Günü qeyd olunub

Anım Günü: İnsan hüquqları üzrə müvəkkil şəhidlərin xatirəsinə ehtiramını bildirib

Lənkəran və ətraf rayonlarda şəhidlərin xatirəsi yad edilib

Zəngilanda və Cəbrayılda şəhidlərin xatirəsi yad olunub VİDEO

Zəngilanda və Cəbrayılda şəhidlərin xatirəsi yad olunub VİDEO

Şahin Bayramov: Anım Günü tarixi Zəfərimizin və milli dirçəlişimizin simvoludur

ETSN kollektivi şəhidlərin xatirəsini anıb

“Torpaqları azad edirik, bayraqları asırıq...” - şəhid həyat yoldaşının son telefon danışığı VİDEO

“Torpaqları azad edirik, bayraqları asırıq...” - şəhid həyat yoldaşının son telefon danışığı VİDEO

Şəhid ailələrinin “Zəfərin izi ilə” Şuşaya səfəri təşkil olunub

Energetika Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib

Millətlər Liqası: Litva və Azərbaycan yığmalarının start heyətləri açıqlanıb

Milli yaddaş, sülh və Böyük Qayıdış: Azərbaycan gəncliyindən beynəlxalq təşkilatlara müraciət

SEPAH ABŞ-yə məxsus pilotsuz sualtı aparatın ələ keçirildiyini açıqlayıb

Yeni Azərbaycan Partiyasının nümayəndələri Zəfər parkını ziyarət ediblər VİDEO

Yeni Azərbaycan Partiyasının nümayəndələri Zəfər parkını ziyarət ediblər VİDEO

İordaniya mediasında 27 Sentyabr – Anım Günü haqqında məqalələr dərc edilib

TDT ölkələrinin enerji mütəxəssisləri Ankarada bacarıqlarını nümayiş etdiriblər

Gəncədə Anım Günü silsilə tədbirlərlə yadda qalıb VİDEO

Gəncədə Anım Günü silsilə tədbirlərlə yadda qalıb VİDEO

Sərhədçilər Anım Günündə şəhidlərimizin əziz xatirəsini ehtiramla yad edib VİDEO

Sərhədçilər Anım Günündə şəhidlərimizin əziz xatirəsini ehtiramla yad edib VİDEO

Ağdamda Anım Günü münasibətilə “Mübariz” tamaşası nümayiş olunub, sərgi açılıb

Vətən müharibəsi şəhidlərinin xatirəsi Eskişehirdə də anılıb

Əsgər və zabitlərimiz misilsiz şücaət göstəriblər – Kişineuda Anım Günü qeyd edilib

Laçında və Kəlbəcərdə şəhidlərin xatirəsi yad edilib VİDEO

Laçında və Kəlbəcərdə şəhidlərin xatirəsi yad edilib VİDEO

Türkiyədə həyata keçirilən “Sıfır Tullantı” hərəkatının 9 ili tamam olur

Misir saytında 27 Sentyabr – Anım Gününə həsr olunmuş məqalə dərc edilib

Şəhidlərimizin xatirəsi Zəfər parkında ehtiramla anılır VİDEO

Şəhidlərimizin xatirəsi Zəfər parkında ehtiramla anılır VİDEO

Bakıda Formula 1-in keçirildiyi küçələrdə nəqliyyatın hərəkəti bərpa olunub

İqor Korotçenko: Rusiyanın yüksəkvəzifəli mənbələri 44 günlük müharibənin nədən başladığını açıqlayıblar

Şuşa şəhərində Anım Günü qeyd edilib VİDEO

Şuşa şəhərində Anım Günü qeyd edilib VİDEO

Azad ərazilərin yenidən qurulması şəhidlərin əziz xatirəsinə verilən ən böyük qiymətdir VİDEO

Azad ərazilərin yenidən qurulması şəhidlərin əziz xatirəsinə verilən ən böyük qiymətdir VİDEO

FIA prezidenti: Əsas maraq Bakı Şəhər Halqasının unikallığına görədir

Tahir Budaqov: Bu günün təsis olunması gənc nəsil üçün böyük mesajdır

Praqada Milli Qəhrəman Natiq Qasımova həsr olunmuş “Düşmənə qarşı tək” filmi təqdim edilib

Atasının yolunu davam etdirən şəhid Hafiz İsmayılov

Yunanıstan bahalı enerjiyə qarşı 200 milyon avroyadək əlavə müdaxilə hazırlayır

Müdafiə Nazirliyinin rəhbərliyi Şəhidlər xiyabanlarını və Zəfər parkını ziyarət edib