“XİLASEDİCİ” FİLMİNİN ÇƏKİLİŞİ BAŞA ÇATMIŞDIR
AZƏRTAC xəbər verir ki, “Azərbaycantelefilm” Yaradıcılıq Birliyində “Xilasedici” sənədli filminin istehsalı başa çatmışdır. Yeni ekran əsərində Nardaran çimərliyində xilasedici peşəsini davam etdirən bir ailədən bəhs olunur. Bu ailənin timsalında Abşeron çimərliklərindəki xilasedicilərin fəaliyyətinin ümumiləşdirildiyi əsərdə həmin insanların öz peşələrinə məhəbbəti, məsuliyyəti, problemləri qabarıq verilmişdir.
Filmin quruluşçu rejissoru Rafiq Dadaşov, operatoru Mətləb Yaqubovdur. Bu film yaxın günlərdə “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin ekranında nümayiş etdiriləcəkdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.10.2026 [14:36]
Ankarada Beynəlxalq Nəsimi Simpoziumu keçiriləcək
- 09.10.2026 [12:44]
Polşada azərbaycanlı rəssamın sərgisi və filmi təqdim olunub
- 09.10.2026 [10:33]