Xırdalanda ağacların kəsilməsi faktı təsdiqini tapıb
Bakı, 7 iyun, AZƏRTAC
Abşeron rayonunun Xırdalan şəhəri, Qalibiyyət küçəsində ağacların kəsilməsi ilə bağlı Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinə daxil olan şikayət araşdırılıb və fakt təsdiqini tapıb.
Xidmət rəisi Hikmət Əlizadə AZƏRTAC-a bildirib ki, araşdırma zamanı Xırdalan şəhəri 27-ci məhəllə, Qalibiyyət küçəsində vətəndaş Taleh Niftəliyevin mülkiyyətində olan ərazidə tikinti aparılması məqsədilə gecə saatlarında 23 ağacın və 32 kolun kəsildiyi məlum olub. Yaşıllıqların məhv edilməsi nəticəsində təbiətə külli miqdarda ziyan dəydiyi müəyyən edilib: "Dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından toplanmış sənədlər Baş Prokurorluğa göndərilməsi üçün hazırlanır”.
H.Əlizadə ölkə ərazisində genişmiqyaslı yaşıllaşdırma tədbirlərinin aparıldığı, yaşıllıqların mühafizəsi ilə bağlı maarifləndirmə işlərinin getdiyi bir zamanda bu cür halları cəmiyyətə qarşı çağırış kimi qiymətləndirib: "Belə halların baş verməsini qınayırıq və buna yol verənlərin ciddi hüquqi nəticələrlə üzləşəcəyinə əminliyimizi bildiririk. Mülkiyyətçiləri, sahibkarları, tikinti şirkətlərini qəti şəkildə bu cür hallara yol verməməyə, ətraf mühitə qayğı ilə yanaşmağa çağırırıq”.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.06.2026 [12:47]
Sabah Bakıda və Abşeron yarımadasında qısamüddətli yağış yağacaq
- 12.06.2026 [18:51]
Bəzi yerlərdə yağış yağır – FAKTİKİ HAVA
- 12.06.2026 [15:31]
Qəbələdə zəlzələ olub
- 12.06.2026 [12:47]
Sabah Bakıda hava əsasən yağmursuz keçəcək, bəzi rayonlarda yağış yağacaq
Bu saata olan əsas xəbərlər
- [12:00]
Dünyanın ən təhlükəli 7 vulkanı
- [05:44]
Əlilliyi olan şəxslərə hüquqlarının müdafiəsi ilə əlaqədar məlumat verilib
- 12.06.2026 [23:55]
Minlərlə metallurgiya işçisi Almaniyada etiraz aksiyalarına çıxıb
- 12.06.2026 [23:40]
BDU-nun Qazax filialında Milli Qurtuluş Gününə həsr olunmuş tədbir
- 12.06.2026 [23:32]
“Sabah” braziliyalı müdafiəçini transfer edib
- 12.06.2026 [23:25]
Heydər Əliyev Sarayında “Jizel” baleti növbəti dəfə təqdim edilib
- 12.06.2026 [23:20]
Azərbaycanın 23 vətəndaşının Suriyadan repatriasiyası həyata keçirilib
- 12.06.2026 [22:50]
Qərbi Azərbaycan İcmasında “Zərkənd əmanətimizdir” kitabının təqdimatı olub
- 12.06.2026 [22:29]
Lənkəran və Astarada güləş zallarına baxış keçirilib
- 12.06.2026 [22:20]