Xırdalanda qanunsuz ağac kəsən iş icraçısı cərimələnib
Bakı, 6 mart, AZƏRTAC
Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən keçirilən növbəti nəzarət tədbirləri zamanı Xırdalan şəhəri Qalubiyyə küçəsi, 39 ünvanında bir tut ağacının kəsilməsi, iki ağac tinginin və bir kolun başqa əraziyə köçürülməsi faktları müəyyən edilib.
Xidmət rəsmisi Asif Məcidovun AZƏRTAC-a verdiyi məlumata görə, araşdırma zamanı ağacın kəsilməsi və köçürülməsinin iş icraçısı Zöhrab Əliyev tərəfindən qanunsuz həyata keçirildiyi aşkarlanıb.
Faktla bağlı qanun pozucusu Z.Əliyev barəsində protokol tərtib edilib və o, 2200 manat məbləğində cərimələnib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.06.2026 [19:15]
Azərbaycan Ümumdünya Ətraf Mühit Gününə ev sahibliyi edib YENİLƏNİB 2 VİDEO
- 05.06.2026 [19:05]
Rusiyalı mütəxəssis: Xəzərin enməsi prosesi davam edəcək
- 05.06.2026 [18:50]