Azərbaycan Dövlət İnformasiya Agentliyi

Xocalı - harayına ünümüz yetən diyar

Xocalı - harayına ünümüz yetən diyar
Bütövlükdə Azərbaycan xalqına qarşı yönəldilmiş Xocalı soyqırımı öz ağlasığmaz qəddarlığı və qeyri-insani cəza üsulları ilə bəşər tarixində bir vəhşilik aktıdır. Bu soyqırımı, eyni zamanda, bütün bəşəriyyətə qarşı tarixi bir cinayətdir. 
Ümummilli lider Heydər Əliyev

Bakı, 26 fevral, AZƏRTAC

Azərbaycan tarixində şərəfli hadisələrin, qürur dolu səhifələrin sayı kifayət qədərdir. 1918-1920-ci illərdə Yaxın və Orta Şərqdə müsəlman və türk dünyasında ilk dəfə xalqımız tərəfindən qurulmuş Azərbaycan Xalq Cümhuriyyəti, 1991-ci ildə Sovet işğal rejiminin zəncirlərini boynumuzdan, biləklərimizdən qıraraq ondan qurtulmağımız, 1993-cü ildə Azərbaycan xalqının təkidli tələbi nəticəsində hakimiyyətə gələn Ümummilli lider Heydər Əliyevin idarəçiliyi ilə başlayan, Azərbaycana yenidən can verən 1993-2003-cü illər epoxası və bu epoxaya yeni nəfəs gətirilərək 2003-cü ildən başlayan indiyə qədər böyük bir uğurla davam etdirilən cənab İlham Əliyevin idarəçiliyi dönəmi... Tariximizin hər bir şanlı səhifəsi təsadüf əsəri deyil, kimlərinsə hədiyyəsi isə heç deyil. Təqvimin bu fəxarət dolu günləri illərlə xalq olaraq apardığımız əzablı, çətin, keşməkeşli milli mübarizəmizin, həmrəyliyimizin nəticəsidir. Tarixin bütün dövrlərində və şərtlərində üzləşdiyimiz reallıqları aydın dərk edən Prezident İlham Əliyev keçmişimizə güzgü tutaraq bildirib: “Biz müharibəni əhəmiyyətsiz danışıqlarla yox, şəhidlərimizin canı, qanı bahasına, hərbçilərimizin şücaəti hesabına qazanmışıq. Biz Hadruta - Xocavəndə döyüşərək, qan tökərək, şəhidlər verərək qayıtmışıq”.

AZƏRTAC xəbər verir ki, bunu politoloq Şəbnəm Həsənova söyləyib.

Politoloq qeyd edib ki, XX yüzillikdə milli haqları uğrunda mübarizə aparan Azərbaycan xalqı təəssüflər olsun ki, sevincli günlərlə bərabər bir çox faciələrlə də üzləşmiş, üzləşdirilmiş, ən ağır surətdə sınağa çəkilmişdir. Xalqımızın, əslində isə bütün bəşəriyyətin və insanlığın XX əsrdə qarşılaşdığı ən dəhşətli qırğınlardan biri də Xocalı qırğını, Xocalı amansızlığı, Xocalı qəddarlığı, Xocalı qansızlığı, Xocalı vicdansızlığıdır... Xocalı sözünün yanına hansı sifəti, hansı epiteti qoymağımızdan asılı olmayaraq bu sözün yanında bahar yoxdur, orada hər zaman fevraldır, soyuqdur, qardır, özü də üstü qanlı qar.... Xocalının adı çəkiləndə güllərin şehi kimi gözlərimiz dolur... Xocalı sözündə rahatlıq, sakitlik, dinclik yoxdur, uğultu var, ah var, nalə var... Xocalıda körpələrin amansız qətli, qadın-qızlarımızın isməti, gəlinlərin yarımçıq sevgisi, kişilərimizin qeyrəti, bir sözlə ən həssas yerimizə toxunan bütün ülvi hisslərimizin sınaq nöqtəsi var...

1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni terror təşkilatları, rus hərbi birləşmələrinin 366-cı polkunun müasir silahlarla təchiz olunmuş muzdlularının genişmiqyaslı hücumu ilə Xocalı soyqırımı törədildi. Xocalı soyqırımı bilərəkdən törədilən, böyük oyunçuların «parçala, hökm sür» siyasətinin tərkib hissəsi, bütöv bir oyunun ən böyük daşının yerindən tərpədilməsi istiqamətində atılan amansız addımı idi. Səbəb nə idi ki, Xocalıda minlərlə əliyalın, dinc azərbaycanlının qətli icra olundu? Xəstə, ağsaqqal, ağbirçək, körpə uşaq, qadın-qız demədən insanlara aman verilmədi, xalqımıza qarşı qansız şəkildə soyqırımı həyata keçirildi? Xocalı faciəsinin törədilməsinin kökündə dayanan amil xalqımızı qorxutmaq, mübarizə əzmimizi qırmaq, tarixi torpaqlarımızın bir qisminin itirilməsi ilə barışmağa məcbur edilmək dayanırdı. Xocalı soyqırımı siyasətin bumbuz və ən amansız üzü idi.... Öncədən planlaşdırılmış, ciddi hazırlıq işləri həyata keçirilmiş və ustalıqla yerinə yetirilmiş məkir, çirkablıq idi, murdarlıq idi... Belə ki, Milli Təhlükəsizlik Nazirliyinin soyqırımı araşdıran istintaq komissiyasına təqdim etdiyi Xocalı şəhərində hərbçilərin danışıqlarının lent yazısı da planın əvvəlcədən hazırlandığını və bu qətliamda 366-cı rus hərbi alayının iştirakını təsdiq edir. Hərbçilərin telefon söhbətindən anlaşılır ki, Xocalıya hücum hazırlıqları gedir, törədilməsi istiqamətində milyon rəqəmlərlə hesablanan pullar gözlənilirdi. Tarix boyu ermənilərin "Dənizdən-dənizə Ermənistan" yaratmaq xəyalları istiqamətində azərbaycanlılara məxsus olan torpaqlara qarşı ərazi iddiaları irəli sürməsi qanlı toqquşmalara səbəb olmuşdur. Min bir zəhmətlə tikilən, abadlaşan Xocalı bir gecənin içərisində yandırılıb külə döndü. Dinc Xocalı sakinləri misli görünməmiş bəlalara və qırğınlara düçar oldu. Bu qırğın zamanı bir çox ailələr bütünlüklə məhv edildi. Bu qansızlıq Xocalının qorunmasından cavabdeh olanların və beynəlxalq aləmin maraq dairəsində belə olmadı. Belə ki, o dövrdə haqlı olduğumuz halda haqsız duruma məruz qoyulmuşduq, təbliğat maşınımızı da əleyhimizə işə salmışdılar. Kirli oyunlarını sonuna qədər həyata keçirmək istəyən qüvvələr haqq səsimizə səs vermək əvəzinə Moskvanın və Ermənistanın dəyirmanına su tökürdü. Nə səsimizi eşidən, nə də harayımıza yetən vardı. Əksinə məlum oldu ki, Xocalının mühasirəyə alınması da, işğal olunması da, əhaliyə divan tutulması da yaxşı məlum idi. Çünki hadisələrin gedişatı Dağlıq Qarabağda icra ediləcək məqsədlərə gedən yolun xəbərçisi idi... Ermənistan təbliğatı tarix boyu yalan üzərində qurulub, istər işğal dövründə, istər müharibə dövründə, istərsə də postmüharibə dövründə bunun əyani faktlarla şahidi olmuşuq... Tarixi saxtalaşdıran ermənilər bu gün də bugünkü reallıqları qəbul etməməklə, onları saxtalaşdırmaqla məşğuldurlar.

Hiyləgər düşmən öz məkirli məqsədinə çata bilmədi. Xalqımız öz dövlətinin suverenliyi və ərazi bütövlüyü uğrunda mübarizədə daha da mətinləşdi, qəhrəmanlıq və dəyanət nümayiş etdirdi. Elə 44 günlük Vətən müharibəsinin gedişatında da gecə yatdıqları yerdə dinc sakinlərin gülləbaran edilməsi, Gəncə, Tərtər, Mingəçevir, Bərdə terrorunun törədilməsi də Xocalının davamıdır... Zaman fərqlidir, məqsəd isə də eynidir. Fərqli olan daha mühüm amil ondan ibarətdir ki, nə Azərbaycan xalqı öncəki xalq deyil, nə də dövlətimizin başında duran sərkərdə heç bir dövrün sərkərdəsi ilə müqayisə olunmayacaq qədər ağıllı, dərrakəli, soyuqqanlı, ən əsası isə xalqının halına yanandır... Bu dəfə xalqımız heç nəyə aman vermədi... Erməni diasporunun yaşadıqları hər ölkədə hay-küy salaraq təbliğat şousu düzəltmələrinə də, erməniçilik ideologiyasının zəhər tuluğu kimi bütün dünyaya yayılmasına da dur dedi və bunu bacardı...

Azərbaycanın ziyalıları bu reallığı illər öncə dərk edir və xalqa ötürürdülər. Ö.F.Nemanzadə hələ 1905-ci ildə "İrşad" qəzetində yazırdı: "Ermənilər öz planlarını həyata keçirmək üçün bizi İrəvandan, Qarabağdan və Qarsdan qovmağa çalışacaqlar. Biz bilməliyik ki, ermənilər bu yolda hər bir alçaqlığa əl ata bilərlər. Onlar qəsdən müsəlmanları öz üzərilərinə qaldıracaq, onların hücumuna və özlərinin bir qədər artıq itkisinə şərait yaradacaq və beləliklə bütün Avropanın diqqətini əzabkeş bir xalq olmalarına cəlb edəcəklər. Onlar öz cinayətləri üçün tədricən planlar hazırlayır və onları həyata keçirməyə yollar axtarırlar". Bu həqiqəti bu gün də cənab Prezident İlham Əliyev xalqa çatdırır ki, "Biz heç vaxt indiki Ermənistan hakimiyyətinin xoş sözlərinə aldanmamalıyıq".

Biz tarixi gerçəklikləri unutmalı deyilik. Unutmamalı olduğumuzu Azərbaycan Silahlı Qüvvələrinin Müzəffər Ali Baş Komandanı İlham Əliyev Hərbi Qənimətlər Parkı ilə tanışlıqdan sonra təltif olunan hərbi qulluqçularla görüşündə bildirdi. "Heydər Əliyevin istefasından iki həftə keçməmiş bir erməni millətçisi - Qorbaçovun müşaviri, onun sağ əli Aqanbekyan 1987-ci ildə Fransada olarkən Fransa qəzetinə müsahibə verərək demişdir ki, Dağlıq Qarabağ Ermənistana birləşməlidir. Heydər Əliyevin dövründə heç vaxt buna cürət edə bilməzdilər. Ona görə dünya erməniliyinin əsas hədəfi Heydər Əliyev idi. Çünki bilirdilər, o, nə qədər vəzifədədir, heç vaxt imkan verməz ki, erməni millətçiliyi baş qaldırsın”. Göründüyü kimi ermənilərin xalqımıza qarşı iddiası sadəcə torpaq iddiası ilə kifayətlənməyib. Ermənilərin hər zaman azərbaycanlıların düşünən beyinlərinə qarşı təqibləri, sui-qəsd planları olub.

Bütün bu meyillərin qarşısı indi də böyük bir əzmkarlıqla alınır. Xocalıya ədalət deyərək dünyaya çəkdiyimiz harayın əks-sədası Gəncə Memorial Kompleksin təməlinin qoyulması ilə davam etdi. Bu Memorial Kompleks sanki indiki və gələcək nəsillər üçün Ermənistanın gərçək siması haqqında bir yaddaş kitabçasıdırsa, həm də xarici dairələr üçün növbəti bir sübutdur ki, Azərbaycanın müharibə vaxtı beynəlxalq hüquqla təsbit olunmuş bütün norma və prinsiplərə riayət etdiyi halda, Ermənistanın hərbi cinayətlərini bir daha görsünlər. Tək Gəncə yox, bombalanan Mingəçevir, Bərdə, Tərtər, Goranboy, Ağdam rayonu, Füzuli rayonu, Naftalanı da unutmalı deyilik. Bütün çirkli oyunlara, məqsədlərə baxmayaraq qəhrəman Azərbaycan xalqı, region əhalimiz bir an belə öz evlərindən tərpənmədilər. Sanki Müzəffər Ali Baş Komandanın yerlərdə olan mülki əsgərləri idilər, çünki öz evlərində əsgər kimi keşik çəkirdilər. Müharibə vaxtı da, indi də bütün Azərbaycan xalqı Müzəffər Ali Baş Komandanın əsgəridir.

Xocalı soyqırımı niyə soyqırımıdır və biz onun qisasını ala bildikmi? Soyqırımı (genosid) - ayrı-ayrı əhali qruplarının irqi, milli, yaxud dini mənsubiyyətinə görə məhv edilməsi aktıdır. İkinci Dünya müharibəsindən sonra baş vermiş Nürnberq Məhkəməsində insanlığa qarşı cinayətlər, xüsusən də təqib və qətl cinayətləri kontekstində “soyqırımı”na istinad edilirdi. Lakin o dövrdə soyqırımı Beynəlxalq Hərbi Tribunalın Nizamnaməsində (Nürnberq Xartiyası) ayrıca cinayət kimi qeyd edilməmiş və hüquqi termin kimi deyil, təsviri mənada istifadə edilmişdir. İlk dəfə soyqırımının beynəlxalq hüquqa əsasən müstəqil cinayət kimi məcəlləşdirilməsi “Soyqırımı cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında” 1948-ci il Konvensiyasında (bundan sonra “Soyqırımı Konvensiyası”) olmuşdur. Konvensiyanın 1-ci maddəsinə əsasən, “Razılığa gələn Tərəflər təsdiq edirlər ki, soyqırımı istər sülh və istərsə də müharibə vaxtı törədilmiş olsun, beynəlxalq hüquqa görə cinayətdir və onun qarşısını almaq və cəzalandırmaq öhdəliyi götürür”. Soyqırımı Konvensiyası 1951-ci il yanvarın 12-də qüvvəyə minmişdir. Verilən tərifi iki hissəyə bölməklə analiz etsək ilk öncə qeyd edək ki, beynəlxalq humanitar hüququn göz görə-görə pozulması, şəxsi ləyaqətin təhqir edilməsi, o cümlədən insan ləyaqətini alçaldan rəftarın ən ağlagəlməz formaları, terror aktları, talançılıq, ictimai və ya xüsusi əmlakın talan edilməsinin hamısı və daha çoxu Xocalıda icra olundu. İkinci hissəni yəni, onun qarşısını almaq və cəzalandırmaq öhdəliyi icra olunubmu sualını da qaldırmalıyıq. Bu hissəyə dönməzdən öncə mütləq qeyd etməliyik ki, Xocalı faciəsi özünün əsl siyasi-hüquqi qiymətini yalnız Ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra aldı. İlk növbədə, Xocalı faciəsi ermənilərin Azərbaycan xalqına qarşı həyata keçirdikləri soyqırımı aktı kimi təsbit olundu və dünyaya tanıdılması istiqamətində xeyli iş görüldü. Ulu öndər Heydər Əliyevin təşəbbüsü və Azərbaycan Respublikasının Milli Məclisinin qərarı ilə 26 fevral “Xocalı soyqırımı və milli matəm günü” elan olunmuş, bu barədə bütün beynəlxalq təşkilatlara məlumat verilmişdi. 25 fevral 1997-ci ildə “Xocalı soyqırımı qurbanlarının xatirəsinə sükut dəqiqəsi elan edilməsi haqqında” da Ulu öndər Heydər Əliyev tərəfindən Fərman verilmişdi.

İndi isə deyə bilərik ki, Xocalı genosidini törədən canilərdən qisasımızı 44 günlük Vətən müharibəsində döyüş meydanında aldıq. Sarkisyan, Köçəryan kimi cəlladlar, murdar məxluqlar başlarını belə çıxarda bilmədilər, döyüş meydanına burunlarını belə soxa bilmədilər. Qeyrətli Azərbaycan oğulları qarşısında tab gətirə bilməyən, qorxudan tir-tir əsən, mənəvi-psixoloji sarsıntı keçirən Ermənistan ordusu on mindən çox fərari verdi.

Lakin bu son demək deyil. Son yoxdur! Son odur ki, hər an ayıq-sayıq olmalıyıq. Nə Ermənistana, nə də bölgədə və dünyada olan erməni faşizminə aman vermədik, bundan sonra da verməməliyik. Erməni faşizminin bütün təzahürlərini sadəcə ölkəmizdən deyil, regiondan, yer üzündən silmək üçün bütün resurslarımızı səfərbər etməliyik.

Sonda isə sabahın çağırışlarına səs vermək üçün dünən harayına nəzər yetirməkdə fayda var. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin arzularını dilə gətirmək, hər bir azərbaycanlıya iftixar hissi yaşadan o sözləri bir daha xatırlatmaq, düşünürəm ki, bir xalqın Vətən sevgisini, böyüklüyünü və əzmini dəqiq ifadə etmək baxımından ən düzgün sözlərdir: "Arzu edirəm ki, sizlə birlikdə gedək Şuşaya. Gedəcəyik, inanın ki gedəcəyik. Şuşa Azərbaycanın gözüdür. Hər bir azərbaycanlı üçün iftixar bir nöqtəsidir. Şuşa bizim mədəniyyətimizin, tariximizin rəmzidir. Şuşa hamı üçün əzizdir, amma tək Şuşa yox. Laçın dağları da belə əzizdir. Heç vaxt biz Laçınsız yaşaya bilmərik. Ağdam kimi gözəl bir şəhər, Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcərin o bulaqları, Kəlbəcərin o İstisusu. Biz onlarsız yaşaya bilmərik. Təsəvvür edə bilmərik”. Bəli, dünənin verilən mesajları bu günün reallığıdır. Tarixi yerləri və tarixi şəxsiyyətləri ilə məşhur olan, sayılıb-seçilən diyarlardan olan Xocalı hər bir azərbaycanlının ürəyindədir. 10 oktyabr 2021-ci il tarixində Xocavənd rayon ictimaiyyətinin nümayəndələri ilə görüşən zaman cənab Prezident İlham Əliyev bildirdi ki, Xocalının Çanaqçı, Sığnax kəndlərində də olub, Azıx, Tuğ, Susanlı və başqa kəndlərin hamısı bərbad vəziyyətdədir. Bütün bunlara baxmayaraq biz Hadrutu, bütün torpaqlarımızı bərpa edirik. Azərbaycan xalqı həm tarixi ədaləti bərpa edir, həm insanlığa, bəşəriyyətə töhfə verərək, dini-mənəvi dəyərlərə sədaqət göstərir, tarixi binaları yenidən qurur, səliqə, nizam-intizam yaradır, səhralığa çevrilmiş torpaqları beynəlxalq mədəniyyət və turizm mərkəzinə çevirmək əzmi göstərir.

Xocavənd rayonunun da təqribən 55-60 faizini işğalçılardan azad edən Azərbaycan Ordusu və onun Müzəffər Ali Baş Komandanın tarixi torpaqlarımızın adını çəkərək səsləndirdiyi mesajlar, verdiyi ümidlər göstərir ki, Azərbaycan vətəndaşları o bölgələrə də qayıdacaqlar, bütün tarixi və əzəli torpaqlarımıza ayaqlarımız dəyəcək, oraları sahiblərinin nəfəsləri bürüyəcək. Xocalı harayına ünümüz yetən diyardır.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Media: Netanyahu BƏƏ Prezidenti ilə görüşmək üçün gizli şəkildə Əbu-Dabiyə gedib

Elnarə Zeynalova: Yubiley tədbirləri gənclərdə klassik irsə marağı artırır

Kiyevdə soydaşlarımızın da çalışdığı bazara hava zərbəsi endirilib, ölənlər var

Vətən müharibəsi şəhidləri İstanbulda anılıblar

Xaçmazda iki avtomobil toqquşub, üç nəfər ağır xəsarət alıb

Fransada Senat seçkilərinin ilk nəticələri: sağçı və mərkəzçi qüvvələr öndədir

Vuçiç Serbiya prezidenti vəzifəsindən istefa verib

Qərbi Azərbaycan İcması Zəfər parkını ziyarət edib

Rotterdamda şəhidlərimizin xatirəsi ehtiramla yad edilib

Çimərlik güləşində Azərbaycan millisi tarix yazıb

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

27 Sentyabr: Zəfərin böyüklüyü və fədakarlığın məsuliyyəti - ŞƏRH

Lənkəranda Anım Günü ilə bağlı 500 ağac əkilib

ADPU və filiallarında Anım Günü silsilə tədbirlərlə qeyd edilib

Samir Qulamov: "Bir nəfəs qədər" Azərbaycanda Zəfərə həsr olunan ilk səhnə əsərlərindən biridir

AzTU kollektivi Zəfər parkında şəhidlərin xatirəsinə ehtiramını bildirib

BMU-nun kollektivi Zəfər abidəsini ziyarət edib

Helsinki Azərbaycan Evində 27 Sentyabr – Anım Günü qeyd olunub

AHİK əməkdaşları Anım Günündə Zəfər parkını ziyarət ediblər

Mədəniyyət Nazirliyinin kollektivi şəhidlərin xatirəsini yad edib

Əmanətlərin Sığortalanması Fondunun kollektivi Zəfər Parkını ziyarət edib

Altmış yeddi yaşlı həmyerlimiz ölkəmizi 52-ci Berlin Marafonunda təmsil edib

Anım Günü: Zəfərin qəhrəmanları dərin ehtiramla yad edilib - YENİLƏNİB-2 VİDEO

Anım Günü: Zəfərin qəhrəmanları dərin ehtiramla yad edilib - YENİLƏNİB-2 VİDEO

“AzerGold” QSC-nin kollektivi Zəfər parkını və şəhid əməkdaşlarının məzarlarını ziyarət edib

Gürcü politoloq: 27 Sentyabr Cənubi Qafqazda yeni inkişaf mərhələsinin başlanğıcıdır

Zəfərə aparan yolun başlanğıcı - ŞƏRH

Dövlət Komitəsinin kollektivi Anım Günündə şəhidlərin xatirəsini yad edib

Azərbaycan Ordusunda Anım Günü silsilə tədbirlərlə qeyd olunub

Bu saata olan əsas xəbərlər

Media və Yayım Şurasının kollektivi Zəfər parkını ziyarət edib VİDEO

Media və Yayım Şurasının kollektivi Zəfər parkını ziyarət edib VİDEO

Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşları və xaricdəki soydaşlarımız Zəfər parkını ziyarət ediblər

Niyazinin mənzil-muzeyində Anım Gününə həsr edilmiş tədbir təşkil olunub

BDU kollektivi şəhidlərin xatirəsini ehtiramla yad edib

Malayziyada yaşayan Azərbaycan icması şəhidlərimizin xatirəsini yad edib

Nic qəsəbəsindəki kilsədə şəhidlərimiz anılıb

XRİTDX Anım Günü ilə əlaqədar şəhidlərin xatirəsini ehtiramla anıb

Azərbaycan millisi UEFA Millətlər Liqasına heç-heçə ilə başlayıb - YENİLƏNİB-2

Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi İranda anılıb

Osloda Anım Günü: Şagirdlər şəhidlərimizə həsr olunmuş xüsusi guşə yaradıblar

AQTA-nın kollektivi şəhidləri anıb

Maliyyə Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib

Türkiyənin Milli Müdafiə Nazirliyi: Azərbaycan qəhrəmanlarının xatirəsini ehtiramla yad edirik

Britaniyada terror aktı hazırlığında şübhəli bilinən 5 nəfər saxlanılıb

Şəhidlərin xatirəsinə ehtiram: Tərtər və Ağdamda anım mərasimləri

Türkiyə Prezidenti: Qarabağ Azərbaycan torpağıdır, əbədi olaraq belə də qalacaq

Elmi ictimaiyyətin nümayəndələri şəhidlərimizin xatirəsini ehtiramla anıblar

İqtisadiyyat Nazirliyinin kollektivi Zəfər parkında şəhidlərin xatirəsini yad edib

Şimal bölgəsində silsilə anım tədbirləri və ağacəkmə aksiyaları təşkil olunub

ANAMA rəhbərliyi Zəfər parkını ziyarət edib

“Zəfərə doğru uzanan yol” - Trakya Universitetində konfrans

27 Sentyabr – Anım Günü Varşavada qeyd olunub

Milli Kitabxanada Anım Gününə həsr olunmuş virtual və ənənəvi sərgi açılıb

ƏƏSMN kollektivi Anım Günündə şəhidlərimizin xatirəsini anıb

Qazaxıstanda hərbi islahat planı hazırlanacaq

Mahir Emreli Litva ilə oyunda qol vuraraq əsgər salamı verib

Şimal-qərb bölgəsində Anım Günü: Şəhidlərin məzarları ziyarət olunub

AZƏRTAC-ın kollektivi Zəfər parkını ziyarət edib VİDEO

AZƏRTAC-ın kollektivi Zəfər parkını ziyarət edib VİDEO

Zelenski: Ukrayna ordusu Donetsk vilayətində mühüm nəticələr əldə edib

Sankt-Peterburqda Anım Gününün altıncı ildönümü qeyd olunub

Mehmet Daniş: Vətən müharibəsi Türkiyə-Azərbaycan qardaşlığının daha bir nümunəsidir

Kənd Təsərrüfatı Nazirliyinin kollektivi şəhidlərimizin xatirəsini ehtiramla yad edib

FHN kollektivi Zəfər parkını ziyarət edib

Tovuz və Qazaxda Anım Günü qeyd olunub

Anım Günü: İnsan hüquqları üzrə müvəkkil şəhidlərin xatirəsinə ehtiramını bildirib

Lənkəran və ətraf rayonlarda şəhidlərin xatirəsi yad edilib

Zəngilanda və Cəbrayılda şəhidlərin xatirəsi yad olunub VİDEO

Zəngilanda və Cəbrayılda şəhidlərin xatirəsi yad olunub VİDEO

Şahin Bayramov: Anım Günü tarixi Zəfərimizin və milli dirçəlişimizin simvoludur

ETSN kollektivi şəhidlərin xatirəsini anıb

“Torpaqları azad edirik, bayraqları asırıq...” - şəhid həyat yoldaşının son telefon danışığı VİDEO

“Torpaqları azad edirik, bayraqları asırıq...” - şəhid həyat yoldaşının son telefon danışığı VİDEO

Şəhid ailələrinin “Zəfərin izi ilə” Şuşaya səfəri təşkil olunub

Energetika Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib

Millətlər Liqası: Litva və Azərbaycan yığmalarının start heyətləri açıqlanıb

Milli yaddaş, sülh və Böyük Qayıdış: Azərbaycan gəncliyindən beynəlxalq təşkilatlara müraciət

SEPAH ABŞ-yə məxsus pilotsuz sualtı aparatın ələ keçirildiyini açıqlayıb

Yeni Azərbaycan Partiyasının nümayəndələri Zəfər parkını ziyarət ediblər VİDEO

Yeni Azərbaycan Partiyasının nümayəndələri Zəfər parkını ziyarət ediblər VİDEO

İordaniya mediasında 27 Sentyabr – Anım Günü haqqında məqalələr dərc edilib

TDT ölkələrinin enerji mütəxəssisləri Ankarada bacarıqlarını nümayiş etdiriblər

Gəncədə Anım Günü silsilə tədbirlərlə yadda qalıb VİDEO

Gəncədə Anım Günü silsilə tədbirlərlə yadda qalıb VİDEO

Sərhədçilər Anım Günündə şəhidlərimizin əziz xatirəsini ehtiramla yad edib VİDEO

Sərhədçilər Anım Günündə şəhidlərimizin əziz xatirəsini ehtiramla yad edib VİDEO

Ağdamda Anım Günü münasibətilə “Mübariz” tamaşası nümayiş olunub, sərgi açılıb

Vətən müharibəsi şəhidlərinin xatirəsi Eskişehirdə də anılıb

Əsgər və zabitlərimiz misilsiz şücaət göstəriblər – Kişineuda Anım Günü qeyd edilib

Laçında və Kəlbəcərdə şəhidlərin xatirəsi yad edilib VİDEO

Laçında və Kəlbəcərdə şəhidlərin xatirəsi yad edilib VİDEO

Türkiyədə həyata keçirilən “Sıfır Tullantı” hərəkatının 9 ili tamam olur

Misir saytında 27 Sentyabr – Anım Gününə həsr olunmuş məqalə dərc edilib

Şəhidlərimizin xatirəsi Zəfər parkında ehtiramla anılır VİDEO

Şəhidlərimizin xatirəsi Zəfər parkında ehtiramla anılır VİDEO

Bakıda Formula 1-in keçirildiyi küçələrdə nəqliyyatın hərəkəti bərpa olunub

İqor Korotçenko: Rusiyanın yüksəkvəzifəli mənbələri 44 günlük müharibənin nədən başladığını açıqlayıblar

Şuşa şəhərində Anım Günü qeyd edilib VİDEO

Şuşa şəhərində Anım Günü qeyd edilib VİDEO

Azad ərazilərin yenidən qurulması şəhidlərin əziz xatirəsinə verilən ən böyük qiymətdir VİDEO

Azad ərazilərin yenidən qurulması şəhidlərin əziz xatirəsinə verilən ən böyük qiymətdir VİDEO

FIA prezidenti: Əsas maraq Bakı Şəhər Halqasının unikallığına görədir

Tahir Budaqov: Bu günün təsis olunması gənc nəsil üçün böyük mesajdır

Praqada Milli Qəhrəman Natiq Qasımova həsr olunmuş “Düşmənə qarşı tək” filmi təqdim edilib

Atasının yolunu davam etdirən şəhid Hafiz İsmayılov

Yunanıstan bahalı enerjiyə qarşı 200 milyon avroyadək əlavə müdaxilə hazırlayır

Müdafiə Nazirliyinin rəhbərliyi Şəhidlər xiyabanlarını və Zəfər parkını ziyarət edib

Naxçıvanda şəhidlərin xatirəsi anılıb

Vətəndaşlara pulsuz hüquqi yardım göstərilib

“Ceyhun həyatda ən çox güvəndiyim dostum idi” – şəhid həkimin anası

Nepalda dağda baş verən qar uçqunu nəticəsində 14 nəfər itkin düşüb