Azərbaycan Dövlət İnformasiya Agentliyi

Xocalı faciəsi Latviya junalistinin gözləri ilə

Riqa, 24 fevral (AZƏRTAC). Riçardas Lapaytis çox az sayda Pribaltika jurnalistlərindən biridir ki, o, Ermənistan-Azərbaycan münaqişəsinin mahiyyətini və Qarabağ müharibəsi haqqında həqiqətləri başqalarının söhbətlərindən eşitməyib. O, 1992-1993-cü illərdə dəfələrlə Azərbaycana səfər etmiş, ön cəbhə xəttində olmuş, Laçın, Naxçıvan, Ağdam və s. bölgələrdə qanlı döyüş səhnələrini öz gözü ilə görmüş, Xocalı qətliamının faciəli nəticələrini fotoşəkillərdə əbədiləşdirmişdir. Lapaytis yazır: ”Dağlıq Qarabağa məxsusi getməmişdim. O vaxtlar sadəcə səyahət edirdim və yolboyu fotoşəkil çəkir, təəssüratlarımı dəftərə yazırdım. Mən bir turist kimi səyahət edir, imkan daxilinə daha çox yer görməyə çalışırdım”.

Lapaytis Azərbaycana 1992-ci ilin fevralında gəlmiş və hərbi münaqişənin ən qaynar nöqtəsinə düşmüşdü. Jurnalist Xocalı faciəsinin dəhşətlərini öz gözləri ilə görmüşdü. Həlak olmuş azərbaycanlıların çoxsaylı meyitləri Ağdam şəhərinə gətirilirdi. Meyitlər eybəcər hala salınmış, təhqir edilmişdi. Həlak olanlar arasında təkcə əsgərlər deyil, qadınlar, uşaqlar və qocalar vardı. Meyitləri müvəqqəti olaraq Ağdam məscidinin qarşısına yığırdılar. Şəhər daim ermənilər tərəfindən atəşə tutulurdu. Jurnalistin qaldığı mehmanxanada nə işıq, nə də su vardı. Binanın yuxarı mərtəbələri bombardmanlar nəticəsində dağılmışdı. Lapaytis yazır: “Mənim üçün ən dəhşətlisi hər addımbaşı rastlaşdığım məişət çətinlikləri deyil, öz gözümlə gördüklərim idi. Üstəlik, mən belə bir mənzərəyə nə psixoloji, nə də mənəvi cəhətdən hazır deyildim”.

Azərbaycanlıların meyitləri açıq-aşkar təhqirə məruz qalmışdı. Bu şəkillər dəfələrlə dərc olunmuşdur. Jurnalist xatırlayır: “Belə bir dəhşətli mənzərəni görəndə əsl şok yaşadım. O vaxtlar Litvada belə bir rəy yaradırdılar ki, guya azərbaycanlılar hərbi əsirlərlə, mülki vətəndaşlarla vəhşicəsinə rəftar edirlər. Mən isə tamamilə başqa mənzərənin şahidi oldum. Mən etnik təmizləmələri və işgəncələri azərbaycanlıların deyil, ermənilərin əməlləri olması barədə onlarca konkret sübut topladım”. Bəşəriyyət əleyhinə cinayətlərin sübutlarını toplamaq asan deyildi, heç təhlükəsiz də deyildi.

Xocalı belə faciələrdən yalnız biri idi. Azərbaycanlıları başqa şəhərlərdə də kütləvi surətdə qırırdılar. Məsələn, Ağdamda və Şuşada. Əvvəlcə uzunsürən güclü bombardmanlar başlayırdı, sonra həmin əraziyə daxil olur, gülləbaran edir, sağ qalanların hamısını əsir götürürdülər.

Xocalıda da belə olmuşdu. Bu kiçik şəhərcikdə avtomatlarla silahlanmış cəmi bir neçə azərbaycanlı hərbçi vardı. Qalan azərbaycanlılar isə yalnız ov tüfəngləri ilə silahlanmışdılar. Lapaytis yazır: ”Bu qətliamı öz gözlərimlə gördüm. Üzərində aşkar işgəncə əlamətləri olan altı uşağın meyitini Azərbaycan hərbçiləri və jurnalistləri ilə birlikdə çox böyük çətinliklə vertolyotla göndərdik. Mənim təsvir etdiklərim və çəkdiyim fotoşəkillər Litvaya göndərildi, bəzi Litva nəşrlərində verildi. Mən bu mətnləri Qərbə də göndərdim.

Bir Azərbaycan kəndinin faciəsini isə unuda bilmirəm. Kəndi yerli məktəbin müəllimləri və şagirdləri müdafiə edirdilər. Cəsarətlə, geri çəkilmədən müdafiə edirdilər, hərçənd əksəriyyəti yalnız ov tüfəngləri ilə silahlanmışdı. Güc tətbiq etməklə kəndi heç cür ələ keçirə bilməyən ermənilər hiyləyə əl atdılar. Onlar Azərbaycan hərbçilərinin formasını geyinib asanlıqla kəndin ərazisinə daxil oldular. Azərbaycanlılar aldandıqlarını hiss edəndə isə artıq gec idi. Bildiyimə görə, həmin məktəbin bütün müəllimləri və şagirdləri həlak oldular”.

Kimyəvi silahın tətbiqi barədə informasiyanı dünyaya məhz R.Lapaytis çatdırmışdır. Bu silah Naxçıvan ərazisində tətbiq edilmişdi. İpritin tətbiqi kütləvi hal almamışdı, lakin bəzi azərbaycanlı əsgərlər mütəmadi şəkildə ölmüşdülər. Onların bədənində qəribə səpki, qızartılar aşkar edilmişdi. Jurnalist müayinənin nəticələrinin surətini Litva Səhiyyə Nazirliyinə təqdim etmişdi. Nazirlikdə rəsmi surətdə bildirilmişdi: belə ölüm ipritlə zəhərlənmə nəticəsində baş verir. İprit isə kimyəvi silahdır. Onun tətbiqi bütün beynəlxalq konvensiyalarla qadağan edilmişdir.

Jurnalist yazır: ”Mən çətinliklərlə az qala addımbaşı qarşılaşırdım. Litvavıların bəziləri açıq-aşkar bildirirdilər ki, guya, mən heç Dağlıq Qarabağda olmamışam, külli miqdarda pul müqabilində azərbaycanlılara işləyirəm. Amma o vaxtlar məqalələrimə görə elə az qonorar alırdım ki, həmin pul hətta yol xərcimi ödəməyə kifayət etmirdi. Təbii ki, belə ittihamlar mənə çox ağır gəlirdi. Axı, orada təkcə əziyyət çəkmirdim, həm də həyatımı, sağlamlığımı təhlükəyə atmışdım. Yalan danışmaq üçün riskə getmirdim... Mən bəşəriyyət əleyhinə cinayətləri çəkirdim. Əgər azərbaycanlı oğlan uşağına əzab verilibsə, azərbaycanlı hamilə qadın güllələnibsə, bu bəşəriyyət əleyhinə cinayətdir və mütləq cəzalandırılmalıdır”.

Nigar Hüseynova

AZƏRTAC-ın xüsusi müxbiri

Riqa

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

BDU-da tələbələr üçün CPR və ilkin yardım üzrə sessiya təşkil edilib

Vətən müharibəsi Azərbaycanın beynəlxalq nüfuzunu yeni mərhələyə qaldırdı - ŞƏRH

SOCAR-ın idarəsi 207 milyon dollarlıq qeyri-neft məhsulu ixrac edib

Argentina Folklend adalarında neft kəşfiyyatı aparan Britaniyanı məhkəməyə verəcək

“Azərkosmos”un ixrac gəlirləri 1,5 dəfə artıb

Gənc alim: Çin-Azərbaycan ədəbi əlaqələri humanitar dialoqun dərinləşdirilməsinə töhfə verir

“SOCAR Polymer”in ixrac gəlirləri açıqlanıb

Fransada dövlət sektorunda ümummilli tətil keçirilir

Mövcud potensialı daha çox qeyri-neft sektoruna yönəltmək iqtisadi şaxələndirməni sürətləndirəcək - ŞƏRH

Ukraynadan daha 30 uşaq reabilitasiya xidmətlərinə cəlb olunmaları üçün ölkəmizə gətirilib

NİİM: Dalğa küçəsində işıqforun vaxt planı dəyişdirilib

Akşin Əlili: Sudaboğulma hadisələri qeyri-çimərlik ərazilərdə baş verib

ADA Universitetində şanlı Zəfər tariximiz “Zəfər rəqsi” filminin nümayişi ilə anılıb

UEFA Millətlər Liqası: Azərbaycan – Lixtenşteyn oyunu avstriyalı hakimlərə tapşırılıb

Bu il subasma səbəbindən köməksiz vəziyyətdə qalan 1351 vətəndaş təxliyə olunub

Prezident İlham Əliyev FIFA-nın prezidentini qəbul edib VİDEO

Türkiyənin TPAO şirkəti gündəlik neft hasilatını 1 milyon barelə çatdırmağı planlaşdırır

Dizelin qiymətindəki artım istehsal və daşınma zəncirinin bütün mərhələlərinə təsir göstərir

Azərbaycan idmançıları savat üzrə Avropa çempionatında 2 medal qazanıblar

Bu il FHN-in xilasetmə qurumları tərəfindən 64 nəfərin cəsədi suda tapılıb

Azərbaycan və Qazaxıstan beynəlxalq təhsil proqramları sahəsində əməkdaşlığı genişləndirir

Azərbaycanın maliyyə bazarlarının beynəlxalq maliyyə sisteminə inteqrasiyasının təşviqi nəzərdən keçirilib

Məhəmməd Qalibaf: İran neft sata bilmirsə, regionda heç bir ölkə bunu edə bilməyəcək

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 29 sentyabr

“Xalqın Gücü” partiyasının üzvü: Dünya Bankı və AİİB Orta Dəhliz çərçivəsində Gürcüstana yüz milyonlarla dollar ayırır

Lənkəranda sahibkarlara istehlakçı hüquqlarının təmin edilməsi ilə bağlı qanunvericiliyin tələbləri izah olunub

TÜMER sədri: Azərbaycan Türk dünyasının birliyinin əsas aktorlarından biridir

Dövlət Xidmətinin rəsmisi: Bu il su hövzələrində xilas edilənlərin sayı artıb

Azərbaycanda “Cisco” akademiyasının yaradılması nəzərdən keçirilir

Afrika Millətlər Kuboku üçün alternativ ev sahibləri axtarılır

“Open AI” təhlükəsizlik problemi səbəbindən süni intellektin yeni modelinin buraxılışını təxirə salıb

Dağ-mədən və metallurgiya sənayesinin inkişafı regionların sosial-iqtisadi inkişafına yeni imkanlar açacaq - ŞƏRH

“Cənubi Qafqazın Mesopotamiyası”nda – Muğanda yeni tapıntılar aşkarlanıb

İran Hörmüz boğazının açılması ilə bağlı ABŞ-dən cavab gözləyir

BMT: Maliyyə böhranı 8,3 milyon qaçqın və məcburi köçkünü yardımdan məhrum edə bilər

NASA “Boeing Starliner” kosmik gəmisinin pilotlu uçuşunu 2028-ci ilə planlaşdırır

Türkiyənin yerli smartfonu gələn il satışa çıxarılacaq

Peru radiosunda Üzeyir Hacıbəyliyə həsr olunmuş xüsusi veriliş yayımlanıb

Bakıdakı Dünya Kubokunda 44 ölkədən 216 üzgüçü mübarizə aparacaq

“Sənət inciləri” layihəsi gəncləri Üzeyir Hacıbəyli irsi ilə tanış edir

Sülhün təminatı xarici sərmayəni artıracaq - ŞƏRH

Turizm mütəxəssisi: Kənd turizminin inkişafı tək biznes deyil, həm də ictimai diplomatiyadır

Formula 1 Azərbaycan Qran-Prisinin 2025-ci il qalibinə “Azərxalça”nın xalçası təqdim olunub

Rusiyanın Yaroslav vilayətində matəm günü elan edilib

Baş prokuror Gəncədə vətəndaşların müraciətlərini dinləyəcək

Mərkəzi Bankın nümayəndələri Sabirabadda vətəndaşların müraciətlərini dinləyəcək

Folklor İnstitutu “Zəfər salnaməsi: qəhrəmanlıq və milli yaddaş” mövzusunda tədbir təşkil edib

Ekspert: Süni intellekt Azərbaycan şirkətləri üçün strateji alətə çevrilir

“Xankəndi” klubunun yeni baş məşqçisi bəlli olub

Qızılın qiyməti 7 həftənin minimumuna yaxınlaşır

Ədliyyə Nazirliyinin nümayəndələri beynəlxalq təlimdə iştirak ediblər

İnvestisiya qoyuluşu nəticəsində yaradılan iqtisadi fəaliyyət dövlət büdcəsi üçün gəlir mənbəyi yaradır - ŞƏRH

Azərbaycanın ənənəvi idman oyunları qırğız alimlər tərəfindən araşdırılır

Dələduzluq yolu ilə vətəndaşların 150 min manatdan artıq vəsaitini ələ keçirən şəxs saxlanılıb

Nəqliyyat və anbar təsərrüfatı sektorunda yaradılan əlavə dəyərin həcmi açıqlanıb

Azərbaycanın futzal yığması Avropa çempionatının seçmə mərhələsinə əsas raunddan başlayacaq

Arxeoloqlar beynəlxalq simpoziumda Azərbaycanın qədim mağaraları barədə məruzə ediblər

Azərbaycanda İKT sektoruna investisiya 49 faizdən çox artıb

DİN: Cinayət törətməkdə şübhəli bilinən 36 nəfər saxlanılıb

Rəsmi WAM agentliyi: BƏƏ Prezidenti İsrailin Baş naziri ilə görüşüb

Suriyada qaz kəməri partladılıb

Beynəlxalq İnvestisiya Forumunda imzalanan müqavilələr rəqəmsal inkişaf sahəsində texnologiyaların cəlbinə şərait yaradacaq

Azərbaycanın voleybol üzrə qızlardan ibarət yığmalarının yeni baş məşqçisi müəyyənləşib

Səudiyyə Ərəbistanı ABŞ ilə Yaxın Şərqdə təhlükəsizlik məsələlərini müzakirə edib

Azərbaycanın qadın basketbolçulardan ibarət millisinə yunanıstanlı baş məşqçi təyin olunub

Azərbaycan alimləri beynəlxalq konfransda süni intellekt və kompüter dilçiliyi mövzusunda çıxış ediblər

Ağsuda meşə yanğınına səbəb olan şəxs saxlanılıb

Avarçəkmə və kanoe üzrə Mingəçevir Reqatası bu gün Füzulidə start götürəcək

AHİK-də rəqəmsal xidmətlərin Elektron Hökumət İnformasiya Sistemi üzərindən təşkili nəzərdə tutulur

Qızıl və gümüş ucuzlaşıb VİDEO

Qızıl və gümüş ucuzlaşıb VİDEO

Birjalarda neft bahalaşıb VİDEO

Birjalarda neft bahalaşıb VİDEO

Yol polisindən at arabalarını idarə edənlərə xəbərdarlıq

Azərbaycan nefti 122,49 dollara satılır VİDEO

Azərbaycan nefti 122,49 dollara satılır VİDEO

Britaniya parlamentarilərinə Orta Dəhlizin perspektivləri təqdim olunub

Yağıntılı hava şəraiti müşahidə olunur – FAKTİKİ HAVA

Cəlilabadda yaşayış evində yanğın olub

Yasamalın bəzi ərazilərində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq

Bu gün Ümumdünya Ürək Günüdür

O, mənim təkcə qardaşım deyil, həm də dostum idi: əsgər Dmitri Solntsevin həyat hekayəsi

Konfutsinin vətənində Dünya Sivilizasiyalar Forumu keçirilir VİDEO

Konfutsinin vətənində Dünya Sivilizasiyalar Forumu keçirilir VİDEO

Bakıda 17 istiqamətdə nəqliyyatın hərəkətində sıxlıq yaranıb

ABC: Hakerlər Pentaqon bazalarından təxminən 3 milyon şəxsin məlumatlarına çıxış əldə ediblər

Rubio: Avropa ciddi çətinliklərlə üzləşib

“Bloomberg”: İran ABŞ seçkilərindən əvvəl atəşkəs perspektivinə şübhə ilə yanaşır

BMT-nin Baş katibi İranın xarici işlər naziri ilə görüşüb

Aİ Ukraynaya silah tədarükünə görə Slovakiyaya 105 milyon avro ödəyəcək

Pentaqon ABŞ seçkilərinə xarici müdaxiləyə qarşı süni intellektdən istifadə edəcək

ABŞ İran və İraq arasında bəzi uçuşları sanksiyalardan azad edə bilər

Suriyada qaz boru kəmərində güclü yanğın baş verib

Azərbaycan Limada mədəniyyəti və turizm xəzinələrini nümayiş etdirib

Üzeyir Hacıbəyli XVIII Beynəlxalq Musiqi Festivalı çərçivəsində “Qış səyahəti” adlı musiqili gecə

Murad Rəfiyev: Biz bu yarışa çox hazırlaşmışdıq

Dünya çempionatında qızıl medal qazanan gimnastlarımız: Layiq olduğumuz nəticəyə nail olduq

Dünya çempionatında uğur qazanan akrobatlar Vətənə qayıdıblar VİDEO

Dünya çempionatında uğur qazanan akrobatlar Vətənə qayıdıblar VİDEO

UEFA Millətlər Liqası: Belçika Fransa yığmasına məğlub olub

Romada “Harmoniya” sənədli filminin təqdimatı olub

Bakıda 16 marşrutun hərəkət sxemi müvəqqəti dəyişdiriləcək

Tramp: ABŞ və İran vasitəçilər vasitəsilə yeni əlaqələr qurublar

ABŞ dörd Latın Amerikası ölkəsinin rəsmilərinə viza məhdudiyyəti tətbiq edib