XOCALI FACİƏSİ QAN YADDAŞIMIZDA ƏBƏDİ YAŞAYACAQDIR
Bakı, 26 fevral (AZƏRTAC). Qafqaz Universitetində Xocalı qırğınının 17-ci ildönümünə həsr olunmuş tədbir keçirilmişdir.
Universitetin rektoru, professor Əhməd Saniç qəsbkar ermənilərin törətdikləri qanlı qırğınlardan danışmış, XX əsrin ən böyük faciəsi olan Xocalı soyqırımı barədə dünya xalqlarına daha ətraflı məlumatlar verilməsinin zəruriliyini vurğulamışdır.
Milli Məclisin deputatı Məlahət Həsənova və digər çıxış edənlər də erməni terrorizminin dəhşətlərindən bəhs etmişlər. Natiqlər 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalıda ermənilərin törətdikləri qırğınları xatırladaraq bildirmişlər ki, o müdhiş gecədə düşmən 613 nəfəri, o cümlədən 106 qadını, 63 uşağı qəddarcasına qətlə yetirmişdir.
Xocalı soyqırımının qan yaddaşımızda əbədi yaşayacağını vurğulayan natiqlər, ermənilər tərəfindən işğal olunmuş ərazilərimizin tezliklə azad ediləcəyinə inandıqlarını bildirmişlər.
Sonra Xocalı faciəsinin dəhşətlərini əks etdirən film göstərilmiş, soyqırımı qurbanlarının xatirəsinə həsr olunmuş ədəbi-bədii kompozisiya nümayiş etdirilmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.02.2026 [11:54]
Ankarada Xocalı soyqırımı mövzusunda panel müzakirələri aparılıb
- 28.02.2026 [10:08]
Varşavada “Nabat” filmi nümayiş olunub
- 27.02.2026 [14:30]
Gürcü portalı Xocalı soyqırımından yazıb
- 27.02.2026 [14:19]
Eskişehirdə “Şeir və ağılarda Xocalı” mövzusunda anım proqramı
- 27.02.2026 [13:20]
Lüksemburqda Xocalı həftəsi
- 27.02.2026 [13:10]
Estoniyada Xocalı soyqırımı qurbanları anılıb
- 27.02.2026 [12:28]
Ukraynanın Krivoy Roq şəhərində Xocalı soyqırımı qurbanları anılıb
- 27.02.2026 [11:07]
Moskvada Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb VİDEO
- 27.02.2026 [10:59]