Xocalı faciəsi qurbanlarının xatirəsi Hamburqda da anılacaqdır
Bakı, 24 fevral (AZƏRTAC). Xocalı soyqırımının 19-cu ildönümü ilə bağlı Almaniyanın bir çox şəhərlərində silsilə tədbirlər keçirilir.
AZƏRTAC xəbər verir ki, fevralın 27-də növbəti tədbir Hamburqda olacaqdır. Atatürk Düşüncə Mərkəzinin və Azərbaycan Mədəniyyət Mərkəzinin birgə təşkilatçılığı ilə keçiriləcək anma mərasimində Xocalı faciəsinə həsr olunmuş fotosərgi də nümayiş etdiriləcəkdir.
Mərasimdə erməni vandallarının Azərbaycan xalqına qarşı törətdikləri soyqırımı barədə iştirakçılara ətraflı məlumat veriləcək, faciəni əks etdirən sənədlər, müxtəlif kitablar və bröşürlər paylanacaqdır.
Təşkilatçılar XX əsrin ən dəhşətli faciəsinin Hamburqun şəhər məclisində müzakirəyə çıxarılması üçün müraciət də edəcəklər.
Tədbirdə Azərbaycan və türk diasporların nümayəndələri, KİV təmsilçiləri iştirak edəcəklər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.02.2026 [11:54]
Ankarada Xocalı soyqırımı mövzusunda panel müzakirələri aparılıb
- 28.02.2026 [10:08]
Varşavada “Nabat” filmi nümayiş olunub
- 27.02.2026 [14:30]
Gürcü portalı Xocalı soyqırımından yazıb
- 27.02.2026 [14:19]
Eskişehirdə “Şeir və ağılarda Xocalı” mövzusunda anım proqramı
- 27.02.2026 [13:20]
Lüksemburqda Xocalı həftəsi
- 27.02.2026 [13:10]
Estoniyada Xocalı soyqırımı qurbanları anılıb
- 27.02.2026 [12:28]
Ukraynanın Krivoy Roq şəhərində Xocalı soyqırımı qurbanları anılıb
- 27.02.2026 [11:07]
Moskvada Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb VİDEO
- 27.02.2026 [10:59]