XOCALI FACİƏSİNƏ HƏSR EDİLMİŞ SƏRGİ TƏŞKİL OLUNMUŞDUR
AZƏRTAC-ın müxbiri xəbər verir ki, Şahbuz Rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemində Xocalı faciəsinin 14-cü ildönümünə həsr edilmiş geniş sərgi təşkil olunmuşdur.
Sərgidə “Xocalı soyqırımının xronikası”, “XX əsrin böyük faciəsi - Xocalı soyqırımı”, “Dünya Xocalı faciəsini anır”, “Soyqırımı-erməni terrorizminin mahiyyəti”, “Xocalıdan gələn səs” adlı guşələr, fotoşəkillər, qəzet yazıları və digər materiallar diqqəti daha çox cəlb edir.