XOCALI FACİƏSİNİN İLDÖNÜMÜ İLƏ BAĞLI ANMA MƏRASİMİ KEÇİRİLMİŞDİR
Ombudsman Aparatından AZƏRTAC-a bildirmişlər ki, müvəkkil işğalçı Ermənistanın Azərbaycan xalqına qarşı törətdiyi dəhşətli soyqırımları haqqında məlumat vermiş, insanları yaşamaq hüququndan məhrum edən terror aktlarını qətiyyətlə pisləmişdir.
Ombudsman bu soyqırımı aktının artıq AŞPA-da, habelə bir sıra sivil dövlətlərdə, o cümlədən ABŞ-da tərəqqipərvər qüvvələr tərəfindən insanlığa qarşı ağır cinayət kimi tanındığını diqqətə çarpdırmışdır.
Sonda məktəbin şagirdləri ilə vətənpərvərlik mövzusunda söhbət aparılmışdır.