Xocalı soyqırımı əsl genosid aktıdır
Bakı, 24 fevral (AZƏRTAC). AZƏRTAC xəbər verir ki, Ombudsman Aparatının təşkilatçılığı ilə Azərbaycan Uşaq və Gənclərin Sülh Şəbəkəsi nəzdində fəaliyyət göstərən Liderlik Məktəbində Xocalı faciəsinin 19-cu ildönümü qeyd edilmişdir.
Tədbirdə Ombudsman Aparatının əməkdaşları çıxış edərək, tarix boyu erməni millətçiləri və onların havadarları tərəfindən Azərbaycan xalqına qarşı qanlı cinayətlər, terror aktları törədildiyini, Qafqazda, öz tarixi ərazilərində etnik təmizləmə və soyqırımı siyasətinə məruz qalan yüz minlərlə azərbaycanlının kütləvi surətdə qətlə yetirildiyini, doğma yurd-yuvalarından deportasiya olunduğunu diqqətə çatdırmışlar.
Müvəkkilin Xocalı soyqırımının ildönümü ilə bağlı bəyanatının nüfuzlu beynəlxalq təşkilatlara ünvanlandığı bildirilmişdir.
Tarixçi Nazim Vəlişov XX əsrin ən böyük faciələrindən olan Xocalı soyqırımının təcavüzkar Ermənistanın ölkəmizə qarşı apardığı çirkin siyasətin davamı, əsl genosid aktı olduğunu diqqətə çatdırmışdır. Erməni təcavüzkarların Azərbaycan xalqına qarşı törətdikləri bu soyqırımı aktı nəticəsində bəzi ailələrin bütünlüklə məhv edildiyi, mülki əhalinin görünməmiş vəhşiliklə qətlə yetirildiyi, əsir və girov götürülənlərə amansız işgəncələr verildiyi vurğulanmışdır.
Qonaqlar Liderlik Məktəbinin yetirmələrinə kitablar hədiyyə etmiş, uşaqların Xocalı faciəsinə həsr etdikləri rəsm sərgisinə baxmışlar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.02.2026 [11:54]
Ankarada Xocalı soyqırımı mövzusunda panel müzakirələri aparılıb
- 28.02.2026 [10:08]
Varşavada “Nabat” filmi nümayiş olunub
- 27.02.2026 [14:30]
Gürcü portalı Xocalı soyqırımından yazıb
- 27.02.2026 [14:19]
Eskişehirdə “Şeir və ağılarda Xocalı” mövzusunda anım proqramı
- 27.02.2026 [13:20]
Lüksemburqda Xocalı həftəsi
- 27.02.2026 [13:10]
Estoniyada Xocalı soyqırımı qurbanları anılıb
- 27.02.2026 [12:28]
Ukraynanın Krivoy Roq şəhərində Xocalı soyqırımı qurbanları anılıb
- 27.02.2026 [11:07]
Moskvada Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb VİDEO
- 27.02.2026 [10:59]