XOCALI SOYQIRIMI İLƏ BAĞLI AVROPANIN ÜÇ DİLİNDƏ İKİ SAYT AÇILMIŞDIR
Berlin, 21 fevral (AZƏRTAC). Almaniya Azərbaycanlılarının Əlaqələndirmə Mərkəzi (AAƏM) Xocalı faciəsinin ildönümü ərəfəsində Almaniyada iki yeni internet saytı təqdim etmişdir. Saytların yaradılmasından məqsəd erməni hərbi dəstələrinin Azərbaycanın Xocalı şəhərinin dinc əhalisinə -qocalara, qadınlara və uşaqlara qarşı törətdiyi dəhşətli cinayətlər barədə dünya ictimaiyyətinə məlumat verməkdir.
Məlum olduğu kimi, İslam Konfransı Təşkilatının Gənclər Forumunun mədəniyyətlərin dialoqu üzrə baş əlaqələndiricisi Leyla xanım Əliyevanın təşəbbüsü ilə 2009-cu ildə “Xocalıya ədalət, Qarabağa Azadlıq” adlı geniş kampaniyaya start verilmişdir. İngilis dilində “Justice for Khojaly” (Xocalıya ədalət http://www.justiceforkhojaly.org/) saytının açılması kampaniyanın qabaqcıl Azərbaycan gənclərinin Ermənistan silahlı qüvvələrinin bu qanlı cinayətinin beynəlxalq aləmdə pislənməsinə dair səylərinin informasiya təminatı ilə bağlı hissəsidır.
AAƏM-nın icraçı direktoru Samirə Patser-İsmayılova Almaniyadakı Azərbaycan diasporunun nümayəndələrinə ünvanladığı müraciətdə həmvətənlərini həmin kampaniyaya, habelə bu dəhşətli cinayətin beynəlxalq aləmdə pislənməsi və təqsirkarların mühakimə edilməsi çağırışına səs verməyə çağırmışdır.
Müraciətdə iki dildə - alman və fransız dillərində http://chodschali.de/ saytının açılması barədə də məlumat verilir.
Vüqar Seyidov
AZƏRTAC-ın xüsusi müxbiri
Berlin
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.02.2026 [11:54]
Ankarada Xocalı soyqırımı mövzusunda panel müzakirələri aparılıb
- 28.02.2026 [10:08]
Varşavada “Nabat” filmi nümayiş olunub
- 27.02.2026 [14:30]
Gürcü portalı Xocalı soyqırımından yazıb
- 27.02.2026 [14:19]
Eskişehirdə “Şeir və ağılarda Xocalı” mövzusunda anım proqramı
- 27.02.2026 [13:20]
Lüksemburqda Xocalı həftəsi
- 27.02.2026 [13:10]
Estoniyada Xocalı soyqırımı qurbanları anılıb
- 27.02.2026 [12:28]
Ukraynanın Krivoy Roq şəhərində Xocalı soyqırımı qurbanları anılıb
- 27.02.2026 [11:07]
Moskvada Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb VİDEO
- 27.02.2026 [10:59]
Azərbaycan ədəbiyyatı və publisistikasında Xocalı soyqırımı mövzusu
Bu saata olan əsas xəbərlər
- [12:00]
Minifutbol üzrə Azərbaycan millisi 2-ci dəfə Avropa çempionu olub
- 04.06.2026 [23:35]
“Liverpul” yeni baş məşqçisini açıqlayıb
- 04.06.2026 [23:06]
Azərbaycan parataekvondoçuları Romada iki medal qazanıblar
- 04.06.2026 [22:40]
Tovuz rayonu Cəlilli kəndi içməli su ilə təmin olunub
- 04.06.2026 [22:21]
Türkiyə İslam bankçılığı sahəsində ilk beşliyə daxil olmağı hədəfləyir
- 04.06.2026 [22:00]