Xocalı soyqırımı ilə bağlı həqiqətlər dünya ictimaiyyətinə çatdırılmalıdır
Bakı, 24 fevral (AZƏRTAC). Fevralın 24-də Musiqi Mədəniyyəti Dövlət Muzeyində Xocalı soyqırımının 19-cu ildönümünə həsr olunmuş tədbir keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, muzeyin direktoru, sənətşünaslıq namizədi, Əməkdar Mədəniyyət İşçisi Alla Bayramova, direktor müavini Təranə Qurbanova və başqaları erməni cəlladlarının törətdikləri Xocalı soyqırımı haqqında məlumat vermişlər.
Tədbirdə “Günay” Uşaq Teatrının ifasında şair Zərəngiz Dəmirçi Qayalının soyqırıma həsr olunmuş “Cavab ver” poeması əsasında səhnələşdirilmiş “Xocalı” tamaşası nümayiş etdirilmişdir. Tamaşanın quruluşçu rejissoru və bədii rəhbəri Larisa Tarusova, xoreoqrafı Günəş Talıblı, məsləhətçisi Aygün Zamanlıdır.
Azərbaycan Ali Hərbi Dənizçilik Məktəbi kursantlarının, Azərbaycan Milli Konservatoriyasının nəzdində Musiqi Kolleci, Dövlət Mədəniyyət və İncəsənət Universiteti tələbələrinin, paytaxt muzeyləri əməkdaşlarının iştirak etdikləri tədbirdə Xalq Artisti Nəriman Məmmədovun Xocalı soyqırımına həsr olunmuş əsəri də səsləndirilmişdir.
Nəriman Məmmədov əsərin yaranma tarixindən danışmış, Xocalı həqiqətlərini dünyaya yaymağın vacibliyini bildirmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.02.2026 [11:54]
Ankarada Xocalı soyqırımı mövzusunda panel müzakirələri aparılıb
- 28.02.2026 [10:08]
Varşavada “Nabat” filmi nümayiş olunub
- 27.02.2026 [14:30]
Gürcü portalı Xocalı soyqırımından yazıb
- 27.02.2026 [14:19]
Eskişehirdə “Şeir və ağılarda Xocalı” mövzusunda anım proqramı
- 27.02.2026 [13:20]
Lüksemburqda Xocalı həftəsi
- 27.02.2026 [13:10]
Estoniyada Xocalı soyqırımı qurbanları anılıb
- 27.02.2026 [12:28]
Ukraynanın Krivoy Roq şəhərində Xocalı soyqırımı qurbanları anılıb
- 27.02.2026 [11:07]
Moskvada Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb VİDEO
- 27.02.2026 [10:59]
Azərbaycan ədəbiyyatı və publisistikasında Xocalı soyqırımı mövzusu
Bu saata olan əsas xəbərlər
- [12:01]
Suriyada qaz kəməri partladılıb
- [10:42]
Bu gün Ümumdünya Ürək Günüdür
- [09:05]