XOCALI SOYQIRIMI QURBANLARININ XATİRƏSİ ANILMIŞDIR
Bakı, 26 fevral (AZƏRTAC). Bakı Asiya Universitetində Xocalı soyqırımının 17-ci ildönümü ilə əlaqədar anma mərasimi keçirilmişdir.
Mərasim iştirakçıları Xocalı faciəsi zamanı şəhid olmuş soydaşlarımızın xatirəsini bir dəqiqəlik sükutla yad etmişlər.
Universitetin rektoru, professor Cəlil Nağıyev Xocalı soyqırımının ən dəhşətli və misli görünməmiş terror aktı olmasından danışmışdır.
Tarix kafedrasının müdiri, professor Fəxrəddin Məmmədov və başqaları çıxış etmişlər.
Çıxışlarda erməni millətçilərinin əsrlər boyu Azərbaycan torpaqlarında xüsusi qəddarlıqla törətdikləri qanlı cinayətlərdən, xalqımızın başına gətirdikləri müsibətlərdən danışılmış, ümummilli liderimiz, türk dünyasının böyük oğlu Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra Xocalı soyqırımına siyasi qiymət verildiyi vurğulanmışdır.
Sonra Xocalı faciəsinin dəhşətlərini əks etdirən videokadrlar nümayiş olunmuşdur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.02.2026 [11:54]
Ankarada Xocalı soyqırımı mövzusunda panel müzakirələri aparılıb
- 28.02.2026 [10:08]
Varşavada “Nabat” filmi nümayiş olunub
- 27.02.2026 [14:30]
Gürcü portalı Xocalı soyqırımından yazıb
- 27.02.2026 [14:19]
Eskişehirdə “Şeir və ağılarda Xocalı” mövzusunda anım proqramı
- 27.02.2026 [13:20]
Lüksemburqda Xocalı həftəsi
- 27.02.2026 [13:10]
Estoniyada Xocalı soyqırımı qurbanları anılıb
- 27.02.2026 [12:28]
Ukraynanın Krivoy Roq şəhərində Xocalı soyqırımı qurbanları anılıb
- 27.02.2026 [11:07]
Moskvada Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb VİDEO
- 27.02.2026 [10:59]
Azərbaycan ədəbiyyatı və publisistikasında Xocalı soyqırımı mövzusu
Minifutbol üzrə Azərbaycan millisi 2-ci dəfə Avropa çempionu olub
- 04.06.2026 [23:35]
“Liverpul” yeni baş məşqçisini açıqlayıb
- 04.06.2026 [23:06]
Azərbaycan parataekvondoçuları Romada iki medal qazanıblar
- 04.06.2026 [22:40]
Tovuz rayonu Cəlilli kəndi içməli su ilə təmin olunub
- 04.06.2026 [22:21]
Türkiyə İslam bankçılığı sahəsində ilk beşliyə daxil olmağı hədəfləyir
- 04.06.2026 [22:00]