Xocalı soyqırımı ürək ağrısı ilə xatırlanır
Bakı, 25 fevral, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyasının Elmi İnnovasiyalar Mərkəzində Xocalı soyqırımının 23-cü ildönümü ilə əlaqədar tədbir keçirilib.
İnstitutdan AZƏRTAC-a bildiriblər ki, əvvəlcə faciə qurbanlarının xatirəsi yad olunub.
Tədbirdə mərkəzin direktoru, hüquq üzrə fəlsəfə doktoru Azər Namazov bildirib ki, Ermənistan silahlı qüvvələrinin keçmiş sovet ordusunun 366-cı motoatıcı alayının köməyi və iştirakı ilə 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalı şəhərini işğal etməklə bu faciəni törədiblər. Həmin gecə Azərbaycanın yüzlərlə övladı şəhid olub. Xocalının 613 sakini qətlə yetirilib, səkkiz ailə tamamilə məhv edilib. Xocalı sakinlərindən 1275 nəfəri əsir düşüb, 150 nəfərin taleyi bu günə kimi məlum deyil.
Xocalı qırğınının bütün insanlığa qarşı törədildiyini bildirən mərkəzin direktoru bu dəhşətli cinayətə ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə siyasi-hüquqi qiymətin verildiyini diqqətə çatdırıb.
Tədbirdə çıxış edən professor Tərbiz Əliyev bildirib ki, bu qanlı hadisələrdən 23 il keçməsinə baxmayaraq, xalqımız Xocalı soyqırımını ürək ağrısı ilə xatırlayır, faciəni törədənlərə dərin nifrətini bildirir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.02.2026 [11:54]
Ankarada Xocalı soyqırımı mövzusunda panel müzakirələri aparılıb
- 28.02.2026 [10:08]
Varşavada “Nabat” filmi nümayiş olunub
- 27.02.2026 [14:30]
Gürcü portalı Xocalı soyqırımından yazıb
- 27.02.2026 [14:19]
Eskişehirdə “Şeir və ağılarda Xocalı” mövzusunda anım proqramı
- 27.02.2026 [13:20]
Lüksemburqda Xocalı həftəsi
- 27.02.2026 [13:10]
Estoniyada Xocalı soyqırımı qurbanları anılıb
- 27.02.2026 [12:28]
Ukraynanın Krivoy Roq şəhərində Xocalı soyqırımı qurbanları anılıb
- 27.02.2026 [11:07]
Moskvada Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb VİDEO
- 27.02.2026 [10:59]