XOCALI SOYQIRIMINA HƏSR OLUNMUŞ İNŞA MÜSABİQƏSİNİN QALİBLƏRİ MÜKAFATLANDIRILMIŞLAR
Bakı, 24 fevral (AZƏRTAC). Gəncliyə Yardım Fondunda (GYF) Xocalı faciəsinin 17-ci ildönümünə həsr olunmuş “Xocalı faciəsi xalqımızın qan yaddaşıdır” mövzusunda Bakı şəhər orta ümumtəhsil müəssisələrinin yuxarı sinif şagirdləri arasında keçirilmiş inşa müsabiqəsinin qaliblərinin mükafatlandırılması mərasimi keçirilmişdir.
Azərbaycanın dövlət himni səsləndirilmiş, Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
GYF, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin (BŞGİBİ) təşkilatçılığı ilə keçirilmiş müsabiqənin məqsədi Xocalı soyqırımı qurbanlarının xatirəsinin yad edilməsi, gənc nəsldə Vətənə sevgi hisslərinin aşılanması, Azərbaycan tarixinin təbliğ edilməsi, məktəblilərin dünyagörüşünün genişləndirilməsi, istedadlı şagirdlərin üzə çıxarılması idi.
GYF-nin prezidenti Əhməd Tecim, BŞGİBİ-nin rəisi Raqif Abbasov və digərləri çıxış edərək ermənilərin törətdikləri vəhşiliklərdən danışmış, Xocalı faciəsi qurbanlarının ailə üzvlərinə Allahdan səbir diləmişlər.
Vurğulanmışdır ki, Xocalı soyqırımı Azərbaycan və bütövlükdə türk dünyası üçün ən ağır faciələrdən biri olmaqla yanaşı, bəşər tarixinin qara səhifəsidir. On yeddi il əvvəl ermənilər Azərbaycanın Xocalı şəhərində dinc əhaliyə qarşı qətliam törətmişlər.
Tədbir iştirakçıları Xocalı faciəsini əks etdirən fotosərgiyə baxmışlar. Beynəlxalq təşkilatların e-mail ünvanlarına faciə ilə bağlı məlumatlar göndərilmiş, soyqırımı ilə bağlı videogörüntülər nümayiş etdirilmişdir.
İlk üç yeri tutanlara diplom və qiymətli hədiyyələr verilmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.02.2026 [11:54]
Ankarada Xocalı soyqırımı mövzusunda panel müzakirələri aparılıb
- 28.02.2026 [10:08]
Varşavada “Nabat” filmi nümayiş olunub
- 27.02.2026 [14:30]
Gürcü portalı Xocalı soyqırımından yazıb
- 27.02.2026 [14:19]
Eskişehirdə “Şeir və ağılarda Xocalı” mövzusunda anım proqramı
- 27.02.2026 [13:20]
Lüksemburqda Xocalı həftəsi
- 27.02.2026 [13:10]
Estoniyada Xocalı soyqırımı qurbanları anılıb
- 27.02.2026 [12:28]
Ukraynanın Krivoy Roq şəhərində Xocalı soyqırımı qurbanları anılıb
- 27.02.2026 [11:07]
Moskvada Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb VİDEO
- 27.02.2026 [10:59]