XOCALI SOYQIRIMININ 14-CÜ İLDÖNÜMÜNƏ HƏSR OLUNMUŞ SİLSİLƏ TƏDBİRLƏR KEÇİRİLƏCƏKDİR
Mədəniyyət və tədris müəssisələrində, orta məktəblərdə, idarələrdə Xocalı soyqırımına həsr olunmuş mühazirələr və anma mərasimləri keçiriləcək, faciəni əks etdirən stendlər, sənət əsərləri sərgiləri təşkil ediləcək, mədəniyyət saraylarında, kinoteatrlarda tamaşalar, sənədli və bədii filmlər göstəriləcəkdir.
RİH-də Xocalı əlillərinin və soyqırımı qurbanlarının ailə üzvlərinin iştirakı ilə anma mərasimi keçiriləcək və onlara maddi yardım ediləcəkdir.
Fevralın 20-25-də rayonun bütün tədris ocaqlarında ilk dərslər Xocalı soyqırımının ildönümünə həsr olunacaqdır.
Fevralın 26-da ictimaiyyət nümayəndələrinin rayonun ərazisində Xocalı qurbanlarının xatirəsinə ucaldılmış abidəyə və Şəhidlər xiyabanına ziyarəti təşkil ediləcək, həmin gün saat 17:00-da günahsız qurbanların əziz xatirəsi bir dəqiqəlik sükutla anılacaqdır.