Azərbaycan Dövlət İnformasiya Agentliyi

Xocalının kəndlərində həyat öz axarına qayıdır

Xocalı, 13 may, AZƏRTAC

Qarabağın işğaldan azad olunmasından sonra bölgədə aparılan genişmiqyaslı tikinti-quruculuq işləri sayəsində həyat yenidən bərpa olunur, keçmiş məcburi köçkün ailələri doğma yurdlarına qayıdırlar. Xocalı rayonunun Badara və Şuşakənd kəndlərinin sakinləri üçün də artıq yeni həyat başlayıb. Dövlət tərəfindən həyata keçirilən layihələr və müasir infrastrukturun yaradılması sayəsində bu ərazilər qısa müddətdə yüksək yaşayış standartlarına cavab verən mərkəzlərə çevrilib. İllərdir düşmən əsarətində qalan bu kəndlərdə indi yenidən Azərbaycan Bayrağı dalğalanır.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Xocalı rayonunun Badara kəndində məskunlaşan ailələr arasında gənc nəslin nümayəndələri ilə yanaşı, Birinci Qarabağ müharibəsinin ağrı-acısını görmüş ağsaqqallar da var. Lakin gənclər üstünlük təşkil edir. Bu gün Badara və Şuşakənd kəndləri təkcə bərpa edilən evləri ilə deyil, həm də canlanan təsərrüfat həyatı ilə diqqət çəkir.

Badara kənd sakini Musa İbadullayev 1996-cı ildə məcburi köçkünlük dövründə, Bərdə şəhərində dünyaya göz açıb. O, Xocalını heç vaxt görməsə də, valideynlərinin xatirələri ilə böyüdüyünü bildirir: “Yaşım artdıqca ata-baba yurdum haqqında xəyallar qururdum. Bu gün həmin arzularım Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi və Ordumuzun şücaəti sayəsində gerçək olub. Badara kəndində məskunlaşdıqdan sonra dərhal təsərrüfat işlərinə başlamışam. Hazırda heyvandarlıqla məşğulam, həyətyanı sahəmizdə əkin-biçin işləri görürük. Bura gəldikdə Xocalının necə münbit torpaqlara, əsrarəngiz təbiətə malik olduğunun bir daha şahidi oldum. Bizim üçün burada hər cür şərait yaradılıb”.

Ailənin xanımı Əzət Salmanova da Qarabağa qayıdışını böyük qürur hissi ilə xatırlayır. “Mən 1998-ci il təvəllüdəm. Babalarımızdan eşitdiyimiz o cənnət məkanın indi sakiniyik. Burada yaşamaq həm böyük sevinc, həm də müqəddəs bir məsuliyyətdir. Çünki bu torpaqlar şəhidlərimizin qanı bahasına azad edilib. Qarabağın yazı, təbiətin oyanışı insanı valeh edir”, - deyən həmsöhbətimiz sevincini dilə gətirir.

Doğma yurda qayıdan gənclərin bu sevinci həm də nəsillər arasındakı qırılmaz mənəvi bağın təzahürüdür. Valideynlərindən eşitdikləri xatirələri indi öz gözləri ilə görən, bu torpaqlarda təsərrüfat işləri ilə məşğul olan gənclər Xocalının gələcək inkişafının əsas hərəkətverici qüvvəsinə çevrilirlər. Lakin bu sevinci ən dərindən duyanlar, yurdun hər daşına, hər cığırına bələd olan, vaxtilə bu yerləri ürəkağrısı ilə tərk edən yaşlı nəsildir. Onlar üçün bu qayıdış həm də yarımçıq qalmış ömür payının tamamlanması, tarixi ədalətin bərpa olunması deməkdir. Belə yaşlı sakinlərdən biri də Ədalət Salmanovdur. Birinci Qarabağ müharibəsinin iştirakçısı Ədalət Salmanov üçün Xocalıya qayıtmaq yenidən dünyaya gəlməyə bərabərdir. 1967-ci ildə Xocalıda doğulan Ədalət kişi 30 ildən çox davam edən həsrətin bitməsindən danışarkən gözyaşlarını saxlaya bilmir: “Mən buradan çıxanda valideynlərimlə getmişdim, təəssüf ki, onlar bu günü görmədilər. Amma mən indi övladlarım və nəvələrimlə doğma torpağımızdayam. Qırxqız dağının ətəyindən süzülüb gələn çayın səsi, o dağların əzəməti bizə güc verir. Badarada artıq bağ salmışam, meyvə ağacları əkmişəm. İndi məhsul gözləyirik. Hər qarış torpaqda həyatın yenidən dirçəldiyini görmək ən böyük xoşbəxtliyimizdir”.

Ədalət kişi onu da bildirir ki, qohumları qonşu Daşbulaq kəndində məskunlaşıb. Bu da bölgədə ailə bağlarının yenidən bərpası və kəndlərin sürətlə canlanmasının göstəricisidir.

Həyatın yenidən dirçəldiyi məkanlardan biri də Şuşakənddir. Dağların əhatəsində, sıldırım qayaların və yaşıl meşələrin qoynunda yerləşən bu səfalı kənd öz saf havası, büllur bulaqları və strateji mövqeyi ilə hər zaman xüsusi əhəmiyyət kəsb edib. Burada həyata keçirilən genişmiqyaslı bərpa və yenidənqurma işləri kəndin simasını tamamilə dəyişib, yollar çəkilib, mühəndis-kommunikasiya sistemləri yenidən qurulub və sosial infrastruktur yenilənib. Artıq Şuşakənd təkcə bərpa edilən tikililəri ilə deyil, həm də küçələrindən gələn uşaq sədaları, yeni salınan bağların təravəti ilə öz əvvəlki qaynar həyat ritminə qayıdır.

Səhərlər dağların zirvəsindən süzülən dumanın təbiətlə vəhdəti, axşamlar isə sükutu pozan xəfif dağ küləyinin pıçıltısı bu mənzərəni Qarabağın gələcək firavanlığının ən gözəl və unudulmaz tablosuna çevirir. Kəndin hər bir guşəsində hiss olunan bu dirçəliş ruhu, torpağa bağlılığın və milli qürurun təcəssümüdür. Bu qayıdış sadəcə bir məskunlaşma deyil, həm də tarixin ədalət tərəzisində öz yerini tapmasıdır.

Müxbir-Aydın Yavərzadə

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

WUF13-də 180 ölkədən 32 mindən çox iştirakçının iştirakı gözlənilir

Azərbaycan təmsilçisi “Avroviziya 2026”da ikinci yarımfinal mərhələsində səhnəyə çıxacaq

“Xocalıdan dünyaya” şüarı ilə Ballıcadan dünyaya uzanan ixrac marşrutu FOTO

Makronun Qarabağ ritorikası: beynəlxalq hüquq, yoxsa siyasi manipulyasiya?

Çin XİN: Donald Trampın Pekinə dövlət səfərini alqışlayırıq

Sədr müavini: WUF13 Azərbaycanın şəhərsalma sahəsindəki nailiyyətlərinin beynəlxalq ictimaiyyətə çatdırılmasına xidmət edir

WUF13-ə hazırlıq işləri ilə bağlı media nümayəndələri üçün mediatur təşkil olunub

KOBİA-nın sədri: Gömrük prosedurlarının optimallaşdırılması biznes mühitinin inkişafına xidmət edir

Naxçıvanda kümçülərə 50 qutu ipəkqurdu toxumu paylanılıb - Açıqlama

Azərbaycanla Türkiyə arasında konsulluq məsləhətləşmələri aparılıb

Xarkovda Ümummilli Lider Heydər Əliyevin xatirəsi yad edilib

Kommersiya qurumlarının dövlət qeydiyyatındakı yeniliklər təqdim edilib

TDT ölkələri ümumi daxili məhsulunun cəmi 2,1 trilyon dolları keçib

Sabaha olan hava proqnozu açıqlanıb

Baş prokuror Xankəndidə vətəndaşların müraciətlərini dinləyəcək

ABŞ konqresmeni: Pentaqon İranla müharibədə 39 təyyarə itirib

Allahşükür Paşazadə: Regionda sülh və tərəqqi layihələrinin təşəbbüskarı kimi çıxış edirik

Ötən ay dünyada elektromobil satışları 6 faiz artıb

WUF13 çərçivəsində “Şəhərin səsi” proqramı

Şahin Diniyev: Kubokun finalında oyunun taleyini ilk qol müəyyənləşdirə bilər

Daşkənddə Heydər Əliyevin 103-cü ildönümünə həsr olunmuş konsert təşkil edilib

Vəkillər Kollegiyası ilə “PAŞA Holding” arasında memorandum imzalanıb

Şəkidə oftalmoloqların XVI regional konfransı keçiriləcək

Bu saata olan əsas xəbərlər

Xocalının kəndlərində həyat öz axarına qayıdır

Slovakiya Milli Şurasının sədri Zəfər parkını ziyarət edib

Fransa Hörmüz boğazının blokadadan çıxarılması üçün BMT-də “neytral missiya” təşəbbüsü irəli sürəcək

Geoloji-kəşfiyyat işlərində rəqəmsal texnologiyaların və süni intellektin tətbiqi - seminar

Çindən Qazaxıstana immiqrasiya üç dəfə artıb

ABŞ-nin Enerji İnformasiya Administrasiyası: LNG qiymətləri yüksək olaraq qalır

Bilal Dündar: Makron administrasiyasının Cənubi Qafqaz siyasəti iflasa uğrayır

Qazaxıstanın TDT ölkələri ilə ticarət dövriyyəsi cari ilin iki ayı ərzində təqribən 40 faiz artıb

Liviya işi: Prokurorluq Nikola Sarkozinin məhkum olunmasını tələb edib

Eldəniz Babayev: “Sənət körpüsü… Azərbaycan – Türkiyə” adlı sərgidə 50-dək əsərim nümayiş olunacaq

Nəriman Axundzadənin ABŞ klubundakı məvacibi açıqlanıb

Prezident İlham Əliyev Slovakiya Milli Şurası sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib VİDEO

UNICEF: İqtisadi bərabərsizlik uşaqların sağlamlığına, təhsilinə və gələcək imkanlarına mənfi təsir göstərir

Müsbət tendensiyalar fonunda Aİ missiyasının fəaliyyətini davam etdirməsi suallar doğurur - ŞƏRH

Hüquqşünas: Azərbaycan beynəlxalq müstəvidə söz sahibi olan dövlətə çevrilib

WUF13 müddətində Bakı məktəblərində tədris “Rəqəmsal məktəb” üzərindən aparılacaq

Nənəsindən öyrəndiyi sənəti “ABAD”la dünyaya tanıdır: Şamaxılı toxucunun uğuru – Müsahibə VİDEO

Nənəsindən öyrəndiyi sənəti “ABAD”la dünyaya tanıdır: Şamaxılı toxucunun uğuru – Müsahibə VİDEO

Nyu-Yorkda Ulu Öndər Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunan şahmat turniri

Mis qiymətləri rekord həddə yaxınlaşır

Yerli ixracatçılar sentyabrda Ər-Riyadda “Saudi Food Expo” sərgisində iştirak edəcəklər

AZPROMO: Azərbaycanın artan nəqliyyat-tranzit imkanları özəl sektor üçün mühüm üstünlüklər yaradır

Türk ekspert: Regionun geosiyasi arxitekturasını Bakı və Ankara müəyyən edir

May və iyun aylarında “Brent” neftinin qiyməti 106 dollar ətrafında qalacaq - PROQNOZ

Britaniyanın Milli Sərvət Fondu müdafiə şirkətinə 34 milyon dollar sərmayə yatırıb

Rusiyanın Dnepropetrovsk vilayətinə hücumları nəticəsində səkkiz nəfər həlak olub

Leyboristlər Partiyasında böhran dərinləşir: Baş nazir istefaya çağırılır

İranda İsrail kəşfiyyatına işləyən şəxs edam edilib

Türkiyə XİN: Türkiyə ilə Ermənistan arasında birbaşa ticarətin başlanmasına dair bürokratik hazırlıqlar tamamlanıb

Qlobal neft ehtiyatları bu il sutkada 2,6 milyon barel azalacaq

Anar Bağırov: Ölkədə fəaliyyət göstərən vəkillərin ümumi sayı 2950 nəfərə çatacaq

Astanada Türk Dövlətləri Təşkilatının biznes-forumu keçirilir

ATƏT-in Minsk qrupunun uğursuz fəaliyyəti beynəlxalq təşkilatların funksional böhranla üzləşdiyini göstərdi – TƏHLİL

Tramp Çindən ABŞ şirkətləri üçün bazarın açılmasını xahiş edəcək

Lənkəranda ilk çay yığımına başlanılıb – hansı sortlar məhsuldardır? FOTO VİDEO

Lənkəranda ilk çay yığımına başlanılıb – hansı sortlar məhsuldardır? FOTO VİDEO

Azərbaycanın müdafiə nazirinin Slovakiyaya səfəri davam edir

Mayın 17-də 7 mindən çox şagird və məzun imtahan verəcək

bp Özbəkistanda Şimali Üstyurd üzrə Hasilatın Pay Bölgüsü Sazişinə qoşulub

Qazaxıstanda dəmir yolu ilə 84 milyon tondan çox yük daşınıb

NBA-da çıxış edən basketbolçu 29 yaşında vəfat edib

Şri-Lankada denge virusuna yoluxma halları artıb

Dörd ayda vergi ödəyicilərinə xidmət mərkəzlərində 340 minədək xidmət göstərilib

Azərbaycanın tarixi Zəfəri beynəlxalq ikili standartlara verilən ən güclü cavab oldu ŞƏRH

Türkiyənin Samsun vilayətində daşqınların nəticələri aradan qaldırılır

Fransanın səhiyyə naziri hantavirusun mümkün mutasiyası ilə bağlı qeyri-müəyyənliklərin qaldığını etiraf edib

Dünya birjalarında neft ucuzlaşıb VİDEO

Dünya birjalarında neft ucuzlaşıb VİDEO

NBA: “San-Antonio Spörs” darmadağınla seriyada önə keçib

Azad olunmuş torpaqlarda qurulan yeni şəhər və kəndlər Azərbaycanın güclü dövlət konsepsiyasını nümayiş etdirir - ŞƏRH

“e-Tabib” mobil tətbiqi “mygov”a tam inteqrasiya olunaraq fəaliyyətini dayandırıb

Dünya bazarında qızıl 20 dollar bahalaşıb

Gənclər Kitabxanasında akademik Yaşar Qarayevin 90 illiyi ilə əlaqədar elektron məlumat bazası hazırlanıb

WUF13 Könüllülük Proqramı çərçivəsində məkan təlimləri başa çatıb

DİM beynəlxalq və respublika fənn olimpiadalarının, beynəlxalq müsabiqələrin və yarışların qaliblərinə müraciət edib

BDYPİ: Təhlükəsizliyimizə etinasız yanaşma bərpası olmayan itkilərə yol aça bilər

Azərbaycanı Avropa Kubokunda təmsil edəcək yeniyetmə cüdoçular bəlli olub

Azərbaycan neftinin qiyməti 116 dollara yaxınlaşır VİDEO

Azərbaycan neftinin qiyməti 116 dollara yaxınlaşır VİDEO

Qazaxıstan, Azərbaycan və Özbəkistan yaşıl enerji dəhlizi üzrə əməkdaşlığı genişləndirir

Azərbaycan Kubokunda final oyunu: “Sabah” “Zirə”yə qarşı

Qaxda 4 kiloqramdan artıq narkotik vasitə aşkarlanıb

WUF13-ə hazırlıq çərçivəsində nəqliyyat vasitələrinin hərəkətinin növbəti monitorinqi həyata keçiriləcək

“Bakı–Xankəndi” beynəlxalq velosiped yarışının dördüncü mərhələsi başlayıb

CNN: İsrail Trampın İranla “pis razılaşma” əldə etməsindən narahatdır

Cəbrayıla qayıdan keçmiş məcburi köçkün: Həmişə inanmışdıq ki, torpaqlarımızı geri qaytaracağıq VİDEO

Cəbrayıla qayıdan keçmiş məcburi köçkün: Həmişə inanmışdıq ki, torpaqlarımızı geri qaytaracağıq VİDEO

Paytaxtda 11 istiqamət üzrə nəqliyyatın hərəkətində sıxlıq müşahidə olunur

Zəngilan sakini: Doğma elimizə-obamıza qayıtdığımıza görə şükür edirəm VİDEO

Zəngilan sakini: Doğma elimizə-obamıza qayıtdığımıza görə şükür edirəm VİDEO

Zəngilan şəhərinə və Cəbrayılın Şükürbəyli kəndinə köç karvanları yola salınıb VİDEO

Zəngilan şəhərinə və Cəbrayılın Şükürbəyli kəndinə köç karvanları yola salınıb VİDEO

NYT: İran yeraltı raket anbarları və buraxılış sistemlərinin 90 faizini bərpa edib

Sakit okeanda, Tonqa sahillərində güclü zəlzələ baş verib

ABŞ-də “Qızıl Günbəz” raketdən müdafiə sisteminin dəyəri 1,2 trilyon dollar qiymətləndirilir

İsrailin hava zərbələri nəticəsində Livanda 13 nəfər ölüb

Tramp: ABŞ İranla dialoqda vasitəçi rolunu oynayan Pakistanı əvəz etməyi planlaşdırmır

İsveçdə uşaq bağçaları ilə bağlı sosial təminat sistemində saxtakarlıq iddiaları araşdırılır

Tədqiqat: Ağcaqanadlar niyə bəzi insanları daha çox dişləyir?

Tramp: İran ya razılaşma əldə edəcək, ya da “başladığımız işi bitirəcəyik”

“Bild”: “Mercedes-Benz” Berlindəki bütün salonlarını satıb

Tramp bu il Rusiyaya səfər edə bilər

Fidan: İranla yenidən münaqişənin başlaması qlobal iqtisadiyyata zərər verəcək