“Xocalısız 25 il” mövzusunda müsabiqəyə start verilib
Bakı,1 fevral, AZƏRTAC
Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTI) “Xocalısız 25 il” mövzusunda rəsm-sərgi müsabiqəsinə start verib.
BŞTİ-dən AZƏRTAC-a bildiriblər ki, 6-9, 10-14 və 15-18 yaşlı uşaqlar arasında təşkil edilən müsabiqənin birinci mərhələsi fevralın 1-dən 20-nə qədər ümumi təhsil müəssisələrində keçiriləcək.
Birinci mərhələdə fərqlənən rəsmlərin müəllifləri müsabiqənin ikinci mərhələsində iştirak etmək hüququ qazanacaqlar. İkinci mərhələdə hər yaş qrupu üzrə üç qalib seçiləcək. Qaliblər müəyyənləşdirilərkən rəsmin mövzuya uyğunluğu, orijinallığı, üslubu və işin görülmə keyfiyyəti nəzərə alınacaq. Müsabiqənin qalibləri BŞTİ tərəfindən diplom və hədiyyələrlə mükafatlandırılacaqlar.
Müsabiqənin əsas məqsədi Xocalı soyqırımı qurbanlarını yad etmək, böyüməkdə olan nəslə Azərbaycan tarixi haqqında həqiqətləri çatdırmaq, onlarda doğma Vətənə sevgi, məhəbbət hissləri aşılamaq və istedadlı şagirdləri aşkara çıxarmaqdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.02.2026 [11:54]
Ankarada Xocalı soyqırımı mövzusunda panel müzakirələri aparılıb
- 28.02.2026 [10:08]
Varşavada “Nabat” filmi nümayiş olunub
- 27.02.2026 [14:30]
Gürcü portalı Xocalı soyqırımından yazıb
- 27.02.2026 [14:19]
Eskişehirdə “Şeir və ağılarda Xocalı” mövzusunda anım proqramı
- 27.02.2026 [13:20]
Lüksemburqda Xocalı həftəsi
- 27.02.2026 [13:10]
Estoniyada Xocalı soyqırımı qurbanları anılıb
- 27.02.2026 [12:28]
Ukraynanın Krivoy Roq şəhərində Xocalı soyqırımı qurbanları anılıb
- 27.02.2026 [11:07]
Moskvada Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb VİDEO
- 27.02.2026 [10:59]