“XOCALIYA ƏDALƏT” BEYNƏLXALQ KAMPANİYASINA TÜRKİYƏDƏ DƏ GENİŞ DƏSTƏK VERİLİR
Bakı, 31 mart (AZƏRTAC). Ermənilərin azərbaycanlılara qarşı törətdiyi soyqırımı həqiqətlərinin beynəlxalq ictimaiyyətə çatdırılmasında Azərbaycan dövləti və Heydər Əliyev Fondu ilə yanaşı, İslam Konfransı Təşkilatının Gənclər Forumunun mədəniyyətlərarası dialoq üzrə baş əlaqələndiricisi Leyla xanım Əliyeva da mühüm işlər görür.
Leyla Əliyevanın təşəbbüsü ilə “Xocalıya ədalət” devizi altında həyata keçirilən beynəlxalq məlumat və təşviqat kampaniyası da bu istiqamətdə atılan ciddi addımlardan biridir.
Kampaniyaya Türkiyədə də geniş dəstək verilir. Kampaniyanın Ankaradakı əlaqələndiricisi, soyqırımların araşdırılması üzrə mütəxəssis Gözde Kılıç Yaşın görulən işlərin ciddi nəticələr verəcəyinə inanır.
Gözde Kılıç Yaşın “Xocalıya ədalət” internet saytının yaradılmasının tarixdən ibrət dərsi alınması və Xocalı soyqırımının unudulmaması baxımından böyük əhəmiyyət kəsb etdiyini vurğulamış və demişdir ki, ermənilərin törətdikləri soyqımları ilə bağlı dünya dövlətlərinin parlamentlərində qərarların qəbul edilməsinə çalışmaq lazımdır. Bunun üçün əvvəlcə həmin ölkələrin ictimaiyyəti məlumatlandırılmalıdır. Leyla Əliyevanın təşəbbüsü ilə davam edən kampaniya isə bu istiqamətdə atılan mühüm addımdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 31.03.2026 [16:47]
MEK-də Azərbaycanlıların Soyqırımı Gününə həsr olunan sərgi açılıb
- 31.03.2026 [16:23]
Milli yaddaşın qorunması: BMU-da soyqırımı hadisələri geniş təhlil edilib
- 31.03.2026 [14:22]
Xalqımıza qarşı törədilən cinayətlər heç vaxt unudulmayacaq ŞƏRH
- 31.03.2026 [14:15]
31 Mart hadisələri: Azərbaycan xalqının faciəsi və tarixi yaddaşı
- 31.03.2026 [12:35]
1918-ci il soyqırımı erməni vandalizminin qanlı izləridir – ŞƏRH
- 31.03.2026 [12:05]