Xocavənd meşəsinin palıd ağacları ermənilər tərəfindən qırılaraq daşınmışdır
Bakı, 2 oktyabr (AZƏRTAC). Azərbaycanın Xocavənd rayonunun işğalından 20 il keçir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi bununla bağlı məlumat yaymışdır.
Məlumatda bildirilir ki, sahəsi 145 min 647 hektar olan Xocavənd rayonu 1992-ci il oktyabrın 2-də erməni silahlı qüvvələri tərəfindən zəbt edilmişdir. Qədim yaşayış məskənlərindən sayılan Xocavənd rayonunun Qırmızıbazar qəsəbəsində iki ədəd 1000-2000 illik Şərq çinarı təbiət abidəsi kimi qorunurdu.
Rayonun Qarakənd kəndində respublikamızın “Qırmızı kitab”ına daxil olmuş üçüncü dövrün relikt növünə aid orta diametri 24 santimetr, hündürlüyü 12 metr, yaşı 100 ildən artıq olan azat ağacları da mühafizə olunurdu.
Ümumi sahəsi 25,5 min hektar olan Xocavənd meşəsində palıd ağacları ermənilər tərəfindən qırılaraq daşınmış, Xocaşın çayının kənarlarındakı təbii meşəlik məhv edilmişdir.
Rayonun Kuropatkin adlanan ərazisində ermənilər tərəfindən 6 min hektara qədər ərazidə olan ağaclar (əncir, tut, nar, fıstıq, yemişan, palıd, qarağac və digər növlər) qırılaraq məhv edilmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 02.10.2026 [13:04]
COP31 Sədrliyi dəniz tullantılarının təmizlənməsi platformasını təqdim edib
- 02.10.2026 [10:37]
Bəzi yerlərdə leysan xarakterli yağış yağır, şimşək çaxır
- 01.10.2026 [17:53]
Sentyabrda orta aylıq temperatur iqlim normasından yuxarı olub
- 01.10.2026 [17:32]
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
- 01.10.2026 [13:27]
Sabah yağış yağacaq, külək güclənəcək
- 30.09.2026 [19:04]
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
- 30.09.2026 [18:31]
Hava şəraiti qeyri-sabit keçəcək, temperatur 5-8 dərəcə enəcək - XƏBƏRDARLIQ
- 30.09.2026 [15:39]