Xosep Qvardiola dünyanın ən bahalı futbol məşqçisidir
Bakı, 6 sentyabr, AZƏRTAC
“Mançester Siti” klubunun baş məşqçisi Xosep Qvardiola futbol aləminin ən bahalı baş məşqçisi olub. Kataloniyalı mütəxəssisin illik maaşı 18 milyon avro təşkil edir.
AZƏRTAC Vesti.ru saytına istinadla xəbər verir ki, ən bahalı məşqçilər siyahısında ikinci yerin sahibi Qvardiolanın “Bavariya” klubundakı xələfi Karlo Ançelottidir. İtaliyalı mütəxəssis ildə 15 milyon avro məvacib alır. “Mançester Yunayted” klubunun portuqaliyalı məşqçisi Joze Mourinyo ondan bir qədər az -14,7 milyon avro qazanır.
Dünyanın ən bahalı futbol məşqçilərinin siyahısında, həmçinin Arsen Venger (“Arsenal”), Luis Enrike (“Barselona”), Yurgen Klopp (“Liverpul”), Antonio Konte (“Çelsi”), Ronald Kuman (“Everton”), Dieqo Simeone (“Atletiko”) və Zinəddin Zidan (“Real”) yer alır. Qeyd edək ki, ən bahalı mütəxəssislərin 6-sı İngiltərə premyer liqasında çalışır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.10.2026 [17:55]
Premyer Liqa: “Kəpəz” "Araz-Naxçıvan"a qalib gəlib
- 09.10.2026 [17:46]
Azərbaycanın fiqurlu konkisürənləri Qazaxıstanda bürünc medal qazanıblar
- 09.10.2026 [17:38]
Türkiyə klubunda almaniyalı baş məşqçi
- 09.10.2026 [17:21]
Avropa çempionatı: Azərbaycanın qadın boksçusu finala yüksəlib
- 09.10.2026 [17:04]
“Barselona”nın hücumçusu “Qalatasaray”la oyunu buraxacaq
- 09.10.2026 [16:41]
Azərbaycan Kubokunda son 23 mövsümün rekordu qeydə alınıb
- 09.10.2026 [16:31]
Azərbaycanın U-15 millisi UEFA İnkişaf Turnirinə Bakıda hazırlaşacaq
- 09.10.2026 [16:28]