XÜSUSİ QABİLİYYƏT İMTAHANI TƏLƏB EDƏN İXTİSASLARA DAXİL OLMAQ İSTƏYƏN ABİTURİYENTLƏR QABİLİYYƏT İMTAHANI VERMƏLİDİRLƏR
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından (TQDK) AZƏRTAC-a bildirmişlər ki, ali məktəblərin və orta təhsil bazasından (11 illik) orta ixtisas təhsili müəssisələrinin III ixtisas qrupunda xüsusi qabiliyyət imtahanı tələb edən ixtisaslara daxil olmaq istəyən və Qabiliyyət İmtahan Komissiyasında qeydiyyatdan keçmiş abituriyentlər iyulun 3-dən 8-dək qabiliyyət imtahanı verməlidirlər.
Qabiliyyət imtahanını müvəffəqiyyətlə verən abituriyentlər ixtisas seçimi zamanı elektron ərizəsində müvafiq ixtisasın kodunu göstərə bilərlər. Qabiliyyət imtahanından müvəffəqiyyətlə keçməyən abituriyentlər isə III ixtisas qrupuna daxil olan digər ixtisasların müsabiqəsində iştirak edə bilərlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.08.2023 [11:22]
Balaca bir damcı hər şeyi dəyişəcək: nanosensor istehsalında inqilab
- 03.08.2023 [04:43]
Böyük Britaniyada ilk dronlu poçt texnologiyası sınaqdan keçirilib
- 29.07.2023 [12:15]