XV Yay Paralimpiya Oyunlarının ilk günündə Azərbaycanın 7 idmançısı mübarizəyə qoşulacaq
Bakı, 8 sentyabr, AZƏRTAC
Rio-de-Janeyroda keçirilən XV Yay Paralimpiya Oyunlarının ilk günündə - sentyabrın 8-də Azərbaycanın 7 idmançısı mübarizəyə qoşulacaq.
AZƏRTAC xəbər verir ki, ilk olaraq Azərbaycan cüdoçuları tatami üzərinə çıxacaqlar. Millimizin üzvü Ramin İbrahimov (60 kq) argentinalı Eduardo Qauto ilə qarşılaşacaq. Bayram Mustafayev (66 kq) isə Migel Vieyra (Portuqaliya) - Halison Oliviera Boto (Braziliya) qarşılaşmasının qalibi ilə üz-üzə gələcək.
Atletika yarışlarında isə üç idmançımız çıxış edəcək. Elçin Muradov uzunluğa tullanma, Elmir Cəbrayılov 400, Yelena Çebanu isə 100 metr məsafəyə qaçış yarışlarında güclərini sınayacaqlar.
Dmitri və Roman Saley qardaşları isə üzgüçülüyün batterflay növündə yarışacaqlar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.10.2026 [15:09]
Azərbaycan atletləri Beynəlxalq Xankəndi Ultramarafonunda 3-cü yeri tutublar
- 09.10.2026 [14:47]
İspan mütəxəssis: Məşqçi kimi yetişməyimdə “Sabah”ın böyük rolu olub
- 09.10.2026 [14:15]
Azərbaycan Olimpiya Həmrəyliyi Forumunda təmsil olunur
- 09.10.2026 [13:37]
Zelim Kotsoyev Bakıdakı dünya çempionatını medalsız başa vurub
- 09.10.2026 [11:55]
AMADA "Kəpəz" klubunda seminar keçirib
- 09.10.2026 [11:46]
İngiltərə klubunun sahibi komandanın satışını nəzərdən keçirir
- 09.10.2026 [11:10]