XX ƏSRİN SOYQIRIMI - XOCALI FACİƏSİ
Ümumtəhsil məktəblərində qanlı faciəyə həsr olunmuş ədəbi-bədii gecələr, şəhidlərin xatirə guşələri, foto-rəsm sərgiləri təşkil ediləcək, o müdhiş gecənin şahidləri ilə görüşlər keçiriləcəkdir.
İdarə və təşkilatlarda, mədəniyyət müəssisələrində Xocalı soyqırımı ilə bağlı mühazirələr və anma mərasimləri keçiriləcək, sənət əsərləri sərgiləri təşkil ediləcək, məscidlərdə faciə qurbanlarının ruhuna dualar oxunacaq, ehsanlar veriləcəkdir.
Fevralın 26-da rayon icra hakimiyyətinin və ictimaiyyətin nümayəndələri “Qızıl qum” sanatoriyasında məskunlaşmış Xocalı sakinləri, qaçqın və məcburi köçkünlərlə görüşəcək, onlara maddi yardım göstərəcəklər. Həmin gün “Xocalı harayı” abidəsi və Şəhidlər xiyabanı ziyarət olunacaqdır.