YANĞIN ATA VƏ OĞULUN HƏYATINA SON QOYUB
Baş Dövlət Yanğın Təhlükəsizliyi İdarəsinin ictimaiyyətlə əlaqələr mərkəzindən AZƏRTAC-a verilən məlumata görə, Xaçmaz rayonunun Nabran kəndində yaşayan Vladimir İvaşenkoya məxsus evdə yanğın baş vermişdir. Hadisə nəticəsində ümumi sahəsi 130 kvadratmetr olan 6 otaqlı evin 4 otağı əşyaları ilə birlikdə yararsız vəziyyətə düşmüşdür. Yanğınsöndürənlər kəşfiyyat zamanı ev sahibinin və oğlu Vitali İvaşenkonun meyitlərini aşkar etmişlər.
Faktla bağlı rayon prokurorluğu tərəfindən təhqiqat aparılır.
Sabunçu rayon ərazisində, Böyük Şor gölünün yaxınlığında baş vermiş yanğın nəticəsində isə Şahin Şamilova məxsus qanunsuz tikilmiş 4 otaqlı ev əşyaları ilə birlikdə yanmışdır.
Yanğının başvermə səbəbi müəyyənləşdirilir.