YANĞINDAN EHTİYATLI OL
Baş Dövlət Yanğın Təhlükəsizliyi İdarəsindən AZƏRTAC-a daxil olmuş məlumatda deyilir ki, baş vermiş yanğınlar nəticəsində Bakının Yasamal rayonunda, Dadaş Bünyadzadə küçəsi 232-də Yeganə Eyvazovaya məxsus yaşayış evinin əşyaları, Xətai rayonu, Xudu Məmmədov küçəsi 4 “B” ünvanda yerləşən İqtisadi İnkişaf Nazirliyinə məxsus, hazırda istifadə olunmayan bir mərtəbəli tikili, Xanlar rayonunda isə Təbriz küçəsi 41-də Nigar Haqverdiyevaya məxsus üç otaqlı ev sıradan çıxmışdır.
Hadisələrin qarşısı alınmış, ətrafda yerləşən tikililər yanğından mühafizə olunmuşdur. Yanğınlara səbəb elektrik naqillərindəki qısa qapanma güman edilir. Dəyən ziyanlar müəyyənləşdirilir.