İQTİSADİYYAT
YANVAR-AVQUST AYLARINDA NEFT VƏ QAZ HASİLATI ARTIRILMIŞDIR
Həmin dövrdə neftçilər 72,8 milyon kubmetr qaz hasil etmişlər ki, bu da planda nəzərdə tutulduğundan (60,1 milyon kubmetr) 21,1 faiz və 2002-ci ilin yanvar-avqust dövründəkindən (63 milyon kubmetr) 15,6 faiz artıqdır.
Dövlətə 47 milyon kubmetr qaz təhvil verilmişdir ki, bu da plandan (46,8 milyon kubmetr) 0,4 faiz və keçən ilin yanvar-avqust aylarındakından 15,8 faiz çoxdur.
Azərbaycanın quru ərazisində iki əməliyyat şirkəti – Qarasu Əməliyyat Şirkəti (“Mişovdağ-Kəlaməddin” bloku) və Salyanoyl Əməliyyat Şirkəti (“Kürsəngi-Qarabağlı” bloku) və üç müştərək müəssisə - AzGeroyl Azərbaycan-Almaniya MM (“Ramanı” yatağı), Şirvanoyl Azərbaycan-Britaniya MM (“Girovdağ” yatağı) və “Anşad-Petrol” Azərbaycan-Türkiyə (“Neftçala-Xıllı-Durovdağ” bloku) fəaliyyət göstərir.