Yanvar ayında Enerji Məsələlərini Tənzimləmə Agentliyinə 458 vətəndaş müraciət edib
Bakı, 7 fevral, AZƏRTAC
Cari ilin yanvar ayı ərzində istehlakçıların hüquqlarının qorunması, abonentlərin elektrik və istilik enerjisi, təbii qazla təchizatı və digər məsələlərlə bağlı Enerji Məsələlərini Tənzimləmə Agentliyinə (AERA) bilavasitə və Energetika Nazirliyindən 458 müraciət daxil olub.
Agentlikdən AZƏRTAC-a bildirilib ki, elektrik enerjisi təchizatı ilə bağlı 27-si məlumat xarakterli olmaqla 358 müraciət edilib.
Təbii qaz təchizatı ilə bağlı 8-i məlumat xarakterli olmaqla 84 müraciət olunub.
İstilik təchizatı ilə bağlı 8 müraciət edilib. Digər məsələlərlə bağlı isə 8 müraciət göndərilib.
Müraciətlərdən 148-i agentlik tərəfindən araşdırılıb və cavablandırılıb (1 müraciət müvafiq qaydada baxılması və tədbir görülməsi üçün aidiyyəti qurumlara göndərilib), 1 müraciət Energetika Nazirliyi ilə müştərək icra olunub, 274 müraciət hazırda baxılma prosesindədir, 35 məlumat xarakterli müraciətdən 8-i qaldırılan problemlərin həlli ilə bağlı təşəkkür məktubu olub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.10.2026 [17:59]
Azərbaycan və Yaponiya rəqəmsal inkişaf sahəsində əməkdaşlığı genişləndirir
- 09.10.2026 [17:47]
Bazarın tələbatını ödəyəcək qaz var, problem təchizatdadır
- 09.10.2026 [17:27]
Yeni nəsil NKA-lar vasitəsilə qeydə alınan dövriyyə 15 faiz artıb
- 09.10.2026 [17:24]
Azərbaycan və Almaniya arasında enerji və texnologiya əməkdaşlığı güclənir
- 09.10.2026 [16:18]
Aqrar Xidmətlər Agentliyi gənc mütəxəssislərin inkişafına dəstək göstərir
- 09.10.2026 [15:23]