Yanvar-sentyabr aylarında ixrac edilən qeyri-neft məhsulları siyahısında qızıl birinci olub
Bakı, 29 oktyabr, AZƏRTAC
Yanvar-sentyabr aylarında ixrac edilən qeyri-neft məhsulları siyahısında qızıl birinci olub.
AZƏRTAC İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac icmalı”nın oktyabr sayına istinadla bildirir ki, cari ilin yanvar-sentyabr ayları ərzində ixrac edilən qeyri-neft sektoruna aid malların siyahısında qızıl (158,2 milyon ABŞ dolları) birinci olub. Bu siyahıda pambıq mahlıcı ikinci (149,5 milyon ABŞ dolları), pomidor (tomat) isə üçüncü (128,2 milyon ABŞ dolları) yerdə qərarlaşıb.
2021-ci ilin sentyabr ayında ixrac edilən qeyri-neft sektoruna aid malların siyahısında karbamid (18,5 milyon ABŞ dolları) birinci, qızıl (18,1 milyon ABŞ dolları) ikinci və metanol (15,7 milyon ABŞ dolları) üçüncü olub.