Yanvarın 23-də Azərbaycan ərazisində hava şəraiti haqqında məlumat
Bakıda və Abşeron yarımadasında
havanın dəyişkən buludlu, əsasən yağmursuz keçəcəyi gözlənilir. Axşam buludluluq artacaqdır.
Temperatur gecə 3-6°, gündüz 6-11° isti olacaqdır.
Bakıda gecə 4-6°, gündüz 9-11° isti olacağı gözlənilir.
Atmosfer təzyiqi normadan yüksək 762 millimetr civə sütunundan 765 millimetr civə sütununa yüksələcək, nisbi rütubət gecə 85-95 faiz, gündüz 70-75 faiz təşkil edəcəkdir.
Naxçıvan Muxtar Respublikasında
gündüz arabir yağıntılı olacağı, bəzi yerlərdə sulu qar, dağlıq ərazilərdə qar yağacağı gözlənilir.
Temperaturun gecə 3° şaxtadan 2°-dək isti, gündüz 5-10° isti olacağı gözlənilir.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, Daşkəsən, Gədəbəy rayonlarında
havanın arabir yağıntılı olacağı, bəzi yerlərdə sulu qar, qar yağacağı gözlənilir.
Temperatur gecə 2-7° şaxta, gündüz 1-6° isti olacağı gözlənilir.
Qazax-Gəncə, Goranboy, Tərtər-Ağdam-Ağcabədi-Füzuli-Cəbrayıl rayonlarında
gecə və səhər duman, çiskin olacaqdır. Gündüz arabir yağıntılı olacağı gözlənilir.
Temperaturun gecə 1-5° isti, gündüz 6-11° isti olacağı gözlənilir.
Balakən-Zaqatala-Qax-Şəki-Oğuz-Qəbələ, İsmayıllı-Şamaxı-Ağsu-Xızı, Siyəzən-Şabran, Quba-Qusar-Xaçmaz rayonlarında
havanın arabir yağıntılı olacağı, bəzi yerlərdə sulu qar, qar yağacağı gözlənilir.
Temperatur gecə 0-4° isti, gündüz 5-10° isti, dağlarda gecə 5-10° şaxta, yüksək dağlıq ərazilərdə 10-15° şaxta, gündüz 0-5° isti olacaqdır.
Mərkəzi-Aran: Ağdaş, Mingəçevir, Yevlax, Kürdəmir, İmişli, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında
gecə və səhər duman, çiskin olacaqdır. Günün ikinci yarısından başlayaraq bəzi yerlərdə yağış yağacağı gözlənilir.
Temperatur gecə 1-6° isti, gündüz 8-13° isti olacaqdır.
Masallı-Lənkəran-Astara-Lerik və Yardımlı rayonlarında
gecə və səhər duman, çiskin olacaqdır. Günün ikinci yarısından başlayaraq arabir yağış yağacağı gözlənilir.
Temperaturun gecə 4-7° isti, gündüz 8-13° isti, dağlarda gecə 3° şaxtadan 2°-dək isti, gündüz 3-8° isti olacağı gözlənilir.