YANVARIN SONUNDAN GÜRCÜSTAN İLƏ TÜRKİYƏ ARASINDA VİZASIZ REJİM TƏTBİQ EDİLƏCƏKDİR
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, yanvarın sonundan Gürcüstan ilə Türkiyə arasında vizasız gəliş-gediş rejimi tətbiq ediləcəkdir. Türkiyə vətəndaşları Gürcüstanda 90 gün vizasız yaşaya biləcəklər.
Tərəflərin fikrincə, bu, iki ölkə arasında iqtisadi əlaqələrin daha da inkişafına xidmət edəcəkdir.