Yaponiya 2020-ci il Olimpiya və Paralimpiya Oyunlarının rəmzlərini seçib
Bakı, 28 fevral, AZƏRTAC
Yaponiya 2020-ci il Tokioda keçiriləcək Olimpiya və Paralimpiya Oyunlarının rəmzlərini seçib. Səsvermənin yekunu canlı efirdə açıqlanıb.
AZƏRTAC “RİA Novosti”yə istinadla xəbər verir ki, qəribə məxluqlara ad yayda veriləcək. Olimpiadanın rəmzi Tokio Oyunlarının emblemindəki naxışı xatırladan göy-ağ dama-dama geyimində məxluqdur. Onun xarakterində qədimliyi və müasirliyi birləşdirmək, qədimə hörmət etmək və təkrarlamaq, yeniyə can atmaq kimi ştrixlər güclüdür.
Paralimpiya Oyunlarının rəmzi ağ-çəhrayı dama-dama məxluqdur. Onun başında sakura ləçəkləri var. Dizaynerin fikrincə, məxluq məhz “sakuradan olan bu anten” vasitəsilə fövqəltəbii xüsusiyyətə malikdir.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.09.2026 [19:53]
Ayxan Abbasov: Milli komandalar səviyyəsində zəif rəqib anlayışı qalmayıb
- 30.09.2026 [19:34]
Emin Mahmudov: Sabah bizim üçün vacib oyun olacaq, qalib gəlmək istəyirik
- 30.09.2026 [18:20]
Azərbaycan Alpaqut Federasiyasının İcraiyyə Komitəsində yeni təyinatlar olub
- 30.09.2026 [17:59]
“Turan Tovuz” – “İmişli” oyununun yeri dəyişdirilib
- 30.09.2026 [17:29]
Azərbaycanın stolüstü tennisçiləri Tbilisidən 5 medalla qayıdırlar
- 30.09.2026 [17:23]
Azərbaycanı U-17 Avropa çempionatında 21 boksçu təmsil edəcək
- 30.09.2026 [17:00]