Yaponiya fevralda Rusiyadan bareli 68,5 dollardan neft alıb
Bakı, 16 mart, AZƏRTAC
Yaponiya fevral ayında Rusiyadan bareli 68,5 dollardan neft alıb ki, bu da Tokionun digər dövlətlərlə birgə tətbiq etdiyi qiymət limitindən 8,5 dollar yuxarıdır.
AZƏRTAC xəbər verir ki, bu barədə məlumat Yaponiya Maliyyə Nazirliyinin dərc etdiyi statistika əsasında aparılan hesablamalar əsasında əldə olunub.
Nazirliyin məlumatına görə, Yaponiya fevralda Rusiyadan 232,7 min barel neft alıb. İdxalının ümumi dəyəri 2,125 milyard yen (15,945 milyon dollar) olub. Beləliklə, həmin partiyada neftin barelinin qiyməti 68,52 dollar təşkil edib. Halbuki G7 ölkələri Rusiya nefti üçün 60 dollarlıq qiymət tavanı müəyyənləşdirib.
Qiymət tavanı mexanizminə qoşulan Yaponiya onu əsas məhsulunun maye qaz olduğu, neft müqavilələrinin isə qaz müqavilələri ilə birgə bağlandığı “Saxalin-2” layihəsindən tədarüklərə tətbiq etməyib. Tokio “Saxalin-2” layihəsi çərçivəsində ixrac edilən maye qaz həcminin 9 faizini alır. Yaponiyanın elektrik generasiyasının yalnız 3 faizi Rusiya qazının payına düşür.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.10.2026 [14:13]
Yaponiyada qida istehlakı vergisi azaldılır
- 09.10.2026 [14:01]
Üçüncü rübdə qızıla qlobal investisiyalar rekord həddə çatıb
- 09.10.2026 [13:45]
Malayziyada toz dumanı səbəbindən məktəblər bağlanır
- 09.10.2026 [12:44]