Yaponiya hökuməti fövqəladə vəziyyət rejiminin yenidən tətbiqinin mümkünlüyünü araşdırır
Tokio, 21 aprel, AZƏRTAC
Yaponiya hökuməti bəzi prefekturalarda fövqəladə vəziyyət rejiminin üçüncü dəfə tətbiqinin mümkünlüyünü araşdırır.
AZƏRTAC xəbər verir ki, buraya paytaxt Tokio da daxil olmaqla, Osaka və Hyoqo prefekturaları aiddir.
Qeyd edək ki, Osaka prefekturasının rəhbərliyi aprelin 20-də mərkəzi hökumətə müraciət edərək burada növbəti dəfə fövqəladə vəziyyət rejimini tətbiq olunmasını xahiş edib. Bu prefekturada koronavirusun yeni ştammlarına yoluxmaların sayının kəskin artdığı bildirilir. Paytaxt Tokionun və Osaka ilə qonşuluqda yerləşən Hyoqo prefekturasının da hökumətdən fövqəladə vəziyyət rejiminin tətbiqini xahiş edəcəyi gözlənilir.
Hazırda məsələnin hökumət tərəfindən araşdırıldığını qeyd edən Baş nazir Yoşihide Suqa müvafiq qərarın operativ şəkildə qəbul olunacağını bildirib.
Bununla yanaşı, mərkəzi hökumətin qubernatorlar tərəfindən antivirus tədbirlərinin səmərəli şəkildə həyata keçiriləcəyinə ümid etdiyi də qeyd edilir.
Həmin prefekturalarda fövqəladə vəziyyət rejimi tətbiq ediləcəyi təqdirdə insanların hərəkətini məhdudlaşdırmaq üçün ticarət obyektlərinin və parkların bağlanacağı gözlənilir.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 24.09.2026 [13:48]
Avropa iqlim dəyişikliyinə uyğunlaşmaya 500 milyard avro xərcləyəcək
- 24.09.2026 [13:20]
Bolqarıstan neft məhsullarının ixrac məhdudiyyətlərini ləğv edib
- 24.09.2026 [13:10]
Birləşmiş Ştatların gündəlik neft istehsalı azalıb
- 24.09.2026 [13:07]
ABŞ-nin neft ehtiyatları artır
- 24.09.2026 [12:57]
Ukraynanın Xarkov vilayətinə hücum zamanı 7 mülki şəxs həlak olub
- 24.09.2026 [12:44]
İrakli Kobaxidze BMT-nin Baş katibi ilə regiondakı vəziyyəti müzakirə edib
- 24.09.2026 [12:41]
Maka Boçorişvili: Gürcüstan 2027-ci ildə ATƏT-ə sədrlik etməyə hazırdır
- 24.09.2026 [12:21]
Fransada COVID-19-a yoluxanların sayı artır
ABŞ-nin neft ehtiyatları artır
- [13:07]
Bu saata olan əsas xəbərlər
- [12:00]
Xəzərdə zəlzələ olub
- [11:35]
Bu gün Ümumdünya Dəniz Günüdür
- [11:21]