İQTİSADİYYAT
Yaponiya ilə iqtisadi əlaqələrin inkişafı imkanları müzakirə edilib
Bakı, 2 aprel, AZƏRTAC
Yaponiya ilə iqtisadi əlaqələrin inkişafı, o cümlədən bu ölkənin şirkətləri ilə əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə edilib.
İqtisadiyyat naziri Mikayıl Cabbarov Yaponiyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Katsuya Vatanabe ilə görüşüb. Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, görüşdə ölkəmizin Yaponiya ilə əməkdaşlığın inkişafına önəm verdiyi vurğulanıb. Qeyd olunub ki, rəqəmsal iqtisadiyyat və dördüncü sənaye inqilabı texnologiyalarının tətbiqi, enerji və digər sahələrdə tərəfdaşlığın inkişafı prioritet məsələlərdəndir.
Tərəflər ikitərəfli biznes tərəfdaşlığının əsas istiqamətləri, Azərbaycan və Yaponiya şirkətləri arasında dialoqun gücləndirilməsi, investisiya və vergitutma sahəsində, COP29 çərçivəsində əməkdaşlıq imkanlarını nəzərdən keçiriblər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.04.2024 [19:07]
® “Nar” rabitə sahəsinin peşəkarlarını hazırlayır
- 30.04.2024 [18:25]
“E-Şikayət” sistemində poçt xidmətləri üzrə şikayətlərin qəbuluna başlanıb
- 30.04.2024 [17:35]
Pakistan Azərbaycana COP29-la bağlı texniki təcrübə təklif edib
- 30.04.2024 [16:28]
Nizami rayonunda küçənin bir hissəsi təmir olunub
- 30.04.2024 [15:43]
Sahibkarlığın İnkişafı Fondunun maliyyə hesabatı açıqlanıb
- 30.04.2024 [12:44]