Azərbaycan Dövlət İnformasiya Agentliyi

Yaponiya jurnalında Azərbaycanın tarixi və qazandığı nailiyyətlər barədə məqalə dərc edilib

Yaponiya jurnalında Azərbaycanın tarixi və qazandığı nailiyyətlər barədə məqalə dərc edilib

Tokio, 1 sentyabr, AZƏRTAC

Yaponiyanın “International Friendship Center” (IFC) təşkilatının jurnalının sentyabr nömrəsində Azərbaycanın bu ölkədəki səfiri Gürsel İsmayılzadənin məqaləsi dərc olunub.

AZƏRTAC xəbər verir ki, yapon dilində dərc edilən məqalənin əsas məqsədi Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ölkəmizin ədalətli mövqeyinin Yaponiya ictimaiyyətinə çatdırılması, Azərbaycanın tarixi, müstəqilliyinin bərpasından sonra qazanılan uğurlar, Avropanın enerji təminatında rolu, regionda həyata keçirilən nəhəng beynəlxalq layihələr barədə oxucuları məlumatlandırmaqdır.

Məqalədə müsəlman Şərqinin ilk demokratik dövləti olan Azərbaycan Xalq Cümhuriyyətinin tarixi, mövcud olduğu qısa zaman kəsiyində həyata keçirdiyi mühüm islahatlar barədə ətraflı məlumat verilir. Qeyd edilir ki, həmin dövlət irqindən, cinsindən, dinindən asılı olmayaraq hər bir şəxsin bərabər hüquqlara malik olmasını təmin edib, dünyanın bir çox dövlətlərindən əvvəl qadınlara kişilərlə bərabər səsvermə hüququ verib.

Müstəqilliyin bərpasından sonra Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın dövlətçiliyin inkişafı yolunda inamla addımladığı, qlobal enerji bazarında vacib yer tutduğu xüsusi vurğulanıb. Bu gün Azərbaycanın Cənubi Qafqazın ən inkişaf etmiş ölkəsi olmasının əcnəbilər tərəfindən də etiraf edildiyi diqqətə çatdırılıb.

Bildirilib ki, hazırda Azərbaycan regiondakı nəhəng beynəlxalq layihələrdə lider rolunu oynayır və qlobal enerji bazarında əsas ölkələrdən birinə çevrilib. Azərbaycanın davamlı inkişafının bənzərsiz fenomeninin əsas səbəbləri siyasi və iqtisadi sabitlik, Prezident və xalq arasında birlik və məqsədyönlü siyasətdir.

Məqalədə Şərqlə Qərbin, eləcə də Asiya ilə Avropanın qovuşuğunda yerləşən Azərbaycanın dünyada aparıcı tranzit ölkə kimi özünü təsdiqlədiyi də əksini tapıb. Qeyd edilib ki, ölkəmizin tranzit imkanları nəqliyyat infrastrukturuna qoyulan investisiyalar hesabına yaradılıb.

Azərbaycanın əsrlərboyu sivilizasiyaların və mədəniyyətlərin qovuşduğu məkan olduğunu qeyd edən müəllif multikulturalizmin ölkəmizdə dövlət siyasəti səviyyəsinə qaldırıldığını xüsusi qeyd edib. Bildirib ki, bu gün Azərbaycan müxtəlif konfessiyaların birgə mövcud olduğu ölkədir. Azərbaycanda bir çox etnik qrupların və dinlərin nümayəndələri sülh və harmoniya şəraitində yaşayırlar.

Məqalədə Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasəti, Dağlıq Qarabağ regionu ilə yanaşı, ətraf yeddi rayonun artıq 30 ilə yaxındır işğal altında saxlanması, nəticədə bir milyondan çox azərbaycanlının qaçqın və məcburi köçkünə çevrildiyi barədə də yapon oxuculara ətraflı məlumat verilib. Qeyd edilib ki, beynəlxalq ictimaiyyət Azərbaycana qarşı hərbi güc tətbiqini kəskin pisləyir. 1993-cü ildə BMT Təhlükəsizlik Şurası Azərbaycana qarşı güc tətbiqini və ərazilərinin işğalını pisləyən, onun suverenliyini, ərazi bütövlüyünü və beynəlxalq səviyyədə tanınan sərhədlərinin toxunulmazlığını təsdiqləyən dörd qətnamə qəbul edib. Həmin qətnamələrdə BMT Təhlükəsizlik Şurası işğalçı qüvvələrin Azərbaycanın bütün işğal olunmuş ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını tələb edib.

İki ölkə arasında gərginliyin bu gün də davam etdiyini bildirən müəllif 1994-cü ildən tətbiq olunan atəşkəs rejiminə baxmayaraq, cari ilin iyulunda Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Tovuz rayonu istiqamətində hücum etməsi, nəticədə bir neçə hərbi qulluqçunun və bir mülki şəxsin həlak olması barədə də məlumat verib.

Yazıda hazırda bütün dünyanı ağuşuna alan koronavirus pandemiyası ilə əlaqədar Azərbaycan hökumətinin həyata keçirdiyi tədbirlər barədə məlumatlara da geniş yer verilib. Bildirilib ki, Azərbaycan vəziyyəti nəzarət altında saxlamaq üçün erkən və səmərəli tədbirlər tətbiq edən ilk ölkələrdən biridir. Virusun yayılmasının qarşısını almaq və onun mənfi təsirini azaltmaq üçün Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə hökumət geniş tədbirlər planı təqdim edib. Həmin planda, ilk növbədə, insanların həyatı və sağlamlığına, sosial müdafiəsinin təmin olunmasına xüsusi diqqət yetirilib.

Vurğulanıb ki, bu gün Azərbaycan COVID-19-la mübarizə məqsədilə beynəlxalq humanitar yardım göstərən ölkələrdən biridir, bu isə onun həmrəyliyə və əməkdaşlığa sadiqliyinin bariz nümunəsidir. Bununla yanaşı, COVID-19-la mübarizədə birlik ruhunu nümayiş etdirən Azərbaycan bir sıra çoxtərəfli görüşlər keçirib və bu sahədə beynəlxalq əməkdaşlığa töhfə verib. Prezident İlham Əliyevin təşəbbüsü ilə Azərbaycan COVID-19-a qarşı qlobal səylərin gücləndirilməsi məqsədilə BMT-nin Baş Assambleyasının xüsusi sessiyasının çağırılması təklifini irəli sürüb. Bu təklif quruma üzv olan 130 ölkə tərəfindən dəstəklənib ki, bu da beynəlxalq səviyyədə Azərbaycana olan etimad və inamın göstəricisidir.

Yazıda Azərbaycan ilə Yaponiya arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə uğurla inkişaf etdiyi vurğulanıb. Qeyd edilib ki, Yaponiya Azərbaycanın müstəqilliyini tanıyan ilk ölkələrdən biridir. Ölkələrimiz arasındakı münasibətlər hər iki xalqın rifahına xidmət edən ümumi maraq, qarşılıqlı anlaşma və hörmət prinsipləri üzərində qurulub. Azərbaycan və Yaponiya demokratiya, azad bazar iqtisadiyyatı, insan hüquqları, dünyada sülhə və sabitliyə töhfə verilməsi kimi ümumi dəyərləri bölüşür. Diplomatik əlaqələrin qurulmasının ilk illərindən bəri bu amillər əməkdaşlığımızın inkişafı üçün əlverişli zəmin yaradıb.

Məqalədə Azərbaycan ilə Yaponiya arasında bir sıra sahələrdə əməkdaşlığa və potensial layihələrə də toxunulub. Diqqətə çatdırılıb ki, yeni sənaye müəssisələrinin yaradılması, kənd təsərrüfatı, nəqliyyat, tranzit, turizm, ətraf mühit, informasiya və rabitə texnologiyaları, su sənayesi və irriqasiya, alternativ və bərpa olunan enerji mənbələri böyük potensiala malikdir. Azərbaycan bundan sonra da Yaponiya ilə güclü və davamlı qarşılıqlı əməkdaşlıq münasibətlərinin genişləndirilməsi əzmindədir.

Qeyd edək ki, IFC Yaponiyada uzun müddət ərzində beynəlxalq əlaqələrin qurulması və müxtəlif xarici dövlətlərin bu ölkə ilə ikitərəfli münasibətlərini araşdırmaqla məşğuldur. 1987-ci ildən IFC tərəfindən dərc olunan aylıq jurnal Yaponiya hökumətinə və parlamentinə, bu ölkədə akkreditə olunmuş xarici nümayəndəliklərə, beyin mərkəzlərinə və digər qurumlara təqdim olunur.

Vüqar Ağayev

AZƏRTAC-ın xüsusi müxbiri

Tokio

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Tramp ASEAN sammitində iştirak etmək üçün Filippinə səfər edəcək

ABŞ-Ukrayna fondu ilk mədən müqaviləsini imzalayıb

Millətlər Liqası: Türkiyə Belçikaya uduzub, Fransa İtaliya ilə heç-heçə edib

Fransada lisey şagirdlərinin etirazlarında 5000-dən çox insan saxlanılıb

3 oktyabr 1993-cü il müstəqil Azərbaycanın inkişaf mərhələsinin başlanğıcıdır RƏY

Zığ dairəsi-Hava Limanı yolunda bütün zolaqlar üzrə sürət həddi endirilib

Husilər: Səudiyyə Ərəbistanı son sutka ərzində Yəmənə 94 hava zərbəsi endirib

Şimali Kiprdə batan gəminin qəza səbəbi açıqlanıb

G7 ölkələri İranı enerji təhlükəsizliyini pozmaqda günahlandırıblar

“Fənərbağça”dan paylaşım: Salam, qardaş, Can Azərbaycan!

“The Guardian”: Qərb ölkələri səfirliklərini Kiyevdən köçürə bilər

Azərbaycanın U-19 futzal millisinin seçmə mərhələdəki rəqibləri müəyyənləşib

Avrozonada inflyasiya 3 ilin ən yüksək səviyyəsindədir

Oğuzda intellektual bilik yarışının qalibləri bəlli olub

Üzgüçülük üzrə Dünya Kubokunun ikinci yarış günü yekunlaşıb

Avropada təbii qaz qiymətləri həftəlik müqayisədə 2,5 faiz artıb

Naxçıvanda avtomobil piyadanı vurub VİDEO

Naxçıvanda avtomobil piyadanı vurub VİDEO

Fatih Birol: Dizel qiymətləri inflyasiya rəqəmlərinə yuxarı istiqamətli təzyiq göstərəcək

Sankt-Peterburqda yeni Azərbaycan dili dərsliyi nəşr olunub

İrkutsk vilayətində taun xəstəliyinə yoluxma şübhəsi ilə xəstəxanaya yerləşdirilən pasiyent vəfat edib

Müdafiə sənayesi və daxili təhlükəsizlik bir məkanda: “ADEX 2026” və “Securex Caspian” FOTOREPORTAJ

Qarabağdakı tələbə və influenserlərin yeni təşəbbüslərinin reallaşdırılması imkanları müzakirə edilib

DTX süni intellekt vasitəsilə həyata keçirilən kiberdələduzluq halları ilə bağlı növbəti xəbərdarlıq edib

Avropa İttifaqı Şurasının üzvləri işğaldan azad olunmuş ərazilərə səfər ediblər

Bu saata olan əsas xəbərlər

“ADEX 2026”da süni intellekt və təhlükəsiz rəqəmsal sistemlər müzakirə olunub

Yeqor Kornyev: Dünya rekordunu təkrarlamaq mənim üçün böyük məna kəsb edir

Avropa İttifaqı Şurasının üzvləri Ağdam rayonunda olublar VİDEO

Avropa İttifaqı Şurasının üzvləri Ağdam rayonunda olublar VİDEO

“DOST Müfəttiş” layihəsinin iştirakçıları mükafatlandırılıblar

Azərbaycanın sənətkarlıq ənənələri “CraftIstanbul” sərgisində təqdim olunur

Yeni Azərbaycan Partiyasının VIII Qurultayı başa çatıb YENİLƏNİB

Pastodan Bakıya: Daniel de la Kruz Kolumbiyanın sənətkarlıq ənənələrini təqdim edir MÜSAHİBƏ

Fatimə Alkərəmova: Məqsədim Özbəkistandakı yarışda da ölkəmizi layiqincə təmsil etməkdir

YAP-ın VIII Qurultayı: Zəfərdən doğan yeni siyasi reallıqlar

Vəfa Aşumova: Azərbaycan üslubunda hazırlanan kuklalar avropalı tamaşaçılarda heyranlıq doğurur - MÜSAHİBƏ

Təl-Əviv Universitetinin professoru BDU tələbələri üçün ustad dərsi keçib

G7 ölkələri neft və dizel ehtiyatlarından 100 milyon barel istifadə edəcək

Xaricdə Yaşayan Azərbaycanlı Alimlərin II Forumuna qeydiyyat başlayıb

FHN: Maarifləndirmə fəaliyyəti risklərin qabaqlanmasına yönəlmiş preventiv kommunikasiya mexanizmi kimi çıxış edir

Azərbaycan və Moldova milli teatrları arasında əməkdaşlıq memorandumu imzalanıb

"Fənərbağça" yoldaşlıq oyunu üçün Bakıya gəlib

Nazir: DOST xidmətləri infrastrukturunun genişləndirilməsi işləri davam edəcək

Kəlbəcərdə səyyar tibbi xidmət təşkil olunub

“Neftçi” yoxlama oyununda “Araz-Naxçıvan”a qalib gəlib

DİM: Hərbi xidmətə və mülki işə qəbul imtahanında 21 nəfər uğur qazanıb

Azərbaycan diri heyvan ixracını 38 dəfədən çox artırıb – QRAFİK

Salyanda və Saatlıda ağacların qanunsuz kəsilməsi faktları aşkarlanıb

“PeşəFest-2026”nın növbəti dayanacağı Qazax olub

Prezident İlham Əliyevin orta güc, ideoloji modernləşmə və İslam həmrəyliyi mesajları - TƏHLİL

Azər Qasımzadə: Strateji əhəmiyyətli binaların texniki vəziyyəti 7/24 rejimində izləniləcək

“Bitcoin”in qiyməti 87 min dollara çatır

Birgə layihələr Azərbaycan və Türkiyənin regional iqtisadi rolunu gücləndirir - ŞƏRH

YAP-ın VIII Qurultayı Azərbaycanın yeni inkişaf mərhələsinin hədəflərini müəyyənləşdirir ŞƏRH

Azərbaycanın turizm potensialı Avstriyada təqdim edilib

Əlcəzairdə Cənub Hidrogen Dəhlizi layihəsi üzrə Bəyannamə imzalanıb

Gülçöhrə Məmmədova: Yeni laboratoriya binaların zəlzələyə davamlılığının diaqnostikasına imkan verir

Türk dövlətləri arasında səhiyyə sahəsində əməkdaşlıq daha da genişləndirilir

Akademik Həsən Əliyev adına Zəngəzur Milli Parkında bəbirlərin sayı artır VİDEO

Akademik Həsən Əliyev adına Zəngəzur Milli Parkında bəbirlərin sayı artır VİDEO

Bəxtiyar Aslanbəyli: bp-nin AzMİU-da təqdim etdiyi laboratoriya tədris və elmi-tədqiqat proseslərinə töhfə verəcək

“Şəhərsalma və Memarlıq İli”: Şəkidə memarlıqla yaddaşın görüşdüyü məkan

Ədliyyə naziri Xankəndi şəhərində vətəndaşların müraciətlərini dinləyib

Baş direktor “ADEX 2026” sərgisində görüşlər keçirib

Elm və təhsil naziri Naxçıvanda vətəndaşları dinləyəcək

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Ağdaşda vətəndaşların müraciətini dinləyib

AzMİU-da Cənubi Qafqazda ilk olan seysmik monitorinq laboratoriyası yaradılıb

Məkkə Müdafiə Sazişi çərçivəsində fövqəladə iclas olacaq

Nazir müavini: Müdafiə sənayesində innovasiya və insan kapitalının inkişafı istiqamətində mühüm işlər görülür

Azərbaycan ilə Dünya Bankı maliyyə əlçatanlığı və nəqliyyat sahəsində əməkdaşlığı nəzərdən keçirib

Dünyanın tanınmış zəlzələ mühəndisləri AzMİU-da bir araya gəliblər

Pedaqoji Universitet 40 ixtisaslaşma üzrə yeni proqram hazırlayıb

AQTA əməkdaşları beynəlxalq sertifikat proqramında iştirak ediblər

Azərbaycan uzunmüddətli investisiya tərəfdaşlıqlarını inkişaf etdirmək niyyətindədir ŞƏRH

Hafiz Paşayev: Azərbaycanın qarşısında duran məqsədlər 35 il əvvəlkindən tamamilə fərqlidir

Yerli istehsal olan lazer sistemi: 8 kilometrdə hədəfləri təyin etmək və izləmək mümkündür VİDEO

Yerli istehsal olan lazer sistemi: 8 kilometrdə hədəfləri təyin etmək və izləmək mümkündür VİDEO

Əməkhaqqı və sosial ödənişlərin artırılması iqtisadi fəallığa müsbət təsir göstərə bilər – AÇIQLAMA

Dövlət məktəblərində çalışan ən gənc müəllimin 19 yaşı var – MÜTDA

Avropa İttifaqı Şurasının üzvləri Xankəndidə olublar VİDEO

Avropa İttifaqı Şurasının üzvləri Xankəndidə olublar VİDEO

Gəncə–Daşkəsən iqtisadi rayonunda məskunlaşma prosesləri öyrənilib

Dillər arasında körpü: Azərbaycan–urdu ədəbi tərcümələrinin təqdimatı

Dünya bazarında neftin qiymətini yalnız təklif müəyyən etmir

Zöhrə Əliyeva: “Qaya” sadəcə bir ansambl deyil, mahnı teatrıdır

Böyük Qayıdış yeni mərhələdə: dayanıqlı məskunlaşma və iqtisadi inkişaf – ŞƏRH

Bakıda cüdo üzrə dünya çempionatı öncəsi Fəxri xiyaban və Zəfər abidəsi ziyarət edilib VİDEO

Bakıda cüdo üzrə dünya çempionatı öncəsi Fəxri xiyaban və Zəfər abidəsi ziyarət edilib VİDEO

Xankəndidə Kommunikasiya üzrə İşçi Qrupun növbəti iclası olub

Dünya Bankı ilə “FIN-GROW” layihəsinin əsas istiqamətləri üzrə fikir mübadiləsi aparılıb

Agentlik: Bu günə qədər 7 minə yaxın müəllimin müsahibəsi yekunlaşıb

Azərbaycanda duru bitki yağları istehsalı 36 faiz artıb – QRAFİK

“Booking.com” mühəndisi Ləman Məmmədova: Süni intellekt proqramçıların iş formasını artıq dəyişib - MÜSAHİBƏ

Azərbaycan Sahibkarlar Konfederasiyası “Bir kəmər, bir yol” Qlobal Forumuna üzv qəbul edilib

“PAŞA Holdinq”: Maliyyə bazarlarının inteqrasiyası region iqtisadiyyatlarının böyüməsi üçün yaxşı addım olar

Avropa İttifaqı ilə Azərbaycanın regional bağlantılarda rolu və Orta Dəhlizin imkanları dəyərləndirilib

Avrokomissar: Azərbaycanın regional bağlantıların inkişafı ilə bağlı iddialı planları var

Bu il MİQ vasitəsilə neçə müəllim işə qəbul edilib?

Umud Mirzəyev: BMT Komitəsinin sənədində itkin azərbaycanlılarla bağlı mühüm məsələlər yer alıb

® ABB Səhmdarlarının Ümumi Yığıncağı keçirilib

Şəhərlərarası 5, eləcə də paytaxtın 2 şəhərətrafı marşrutu üzrə müsabiqələrin qalibləri müəyyənləşib

Vüqar Rəhimzadə: YAP VIII Qurultayda qarşıya yeni hədəflər və vəzifələr qoyur

“Sabah”ın futbolçusu Azərbaycanın U-20 millisinin heyətindən çıxarılıb

Konqoda Ebola virusundan ölənlərin sayı 4018-ə çatıb

Bahar Muradova: Yeni Nizamnamə müasir və çevik partiya quruculuğunun hüquqi əsaslarını müəyyənləşdirir