Yaponiya polisi radioaktiv materialların qeyri-qanuni onlayn satışı ilə bağlı təhqiqat aparır
Tokio, 31 yanvar, AZƏRTAC
Yaponiya polisi radioaktiv materialların qeyri-qanuni onlayn satışı ilə bağlı təhqiqat aparır.
AZƏRTAC NHK telekanalına istinadla xəbər verir ki, Nüvə Tənzimləməsi üzrə Komissiya ötən ilin yanvarında uran olduğu güman edilən tozabənzər və bərk maddələrin hərrac saytlarında satışa çıxarıldığını müəyyənləşdirib.
Satıcı və alıcını aşkar edən Tokio polisi həmin materialı müsadirə edib. Yoxlama zamanı bu materialların radioaktiv xarakterli olduğu və işlənmiş urandan alındığı müəyyən edilib.
Yaponiyada işlənmiş uranın və digər radioaktiv maddələrin lisenziyasız ticarəti qeyri-qanuni hesab edilir.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.06.2026 [18:24]
Böyük Britaniyanın Baş naziri: Hökumət sərt qərarlar qəbul etməyə məcburdur
- 12.06.2026 [17:23]