Yaponiya Rusiya ilə sülh müqaviləsi barədə danışıqları davam etdirəcək
Tokio, 3 iyul, AZƏRTAC
Yaponiya hökuməti Rusiya ilə əvvəllər yüksək səviyyədə əldə edilmiş razılaşmalara uyğun olaraq sülh müqaviləsi barədə danışıqları davam etdirəcək.
AZƏRTAC xəbər verir ki, bu fikri Yaponiyanın Xarici İşlər naziri Toşimitsu Moteqi iyulun 3-də Tokioda keçirilən mətbuat konfransında söyləyib.
“Sülh müqaviləsi barədə danışıqlara gəlincə, deyə bilərəm ki, bu danışıqlar iki ölkənin hökumətləri səviyyəsində keçirilir. Baş Nazir Şinzo Abe və Prezident Vladimir Putin arasında əldə edilmiş razılaşmaya müvafiq olaraq, biz ərazi mübahisəsinin həllindən sonra sülh müqaviləsinin imzalanmasını nəzərdə tutan başlıca mövqeyimiz əsasında danışıqları təkidlə davam etdirmək niyyətindəyik”, - deyə nazir jurnalistin Rusiya Konstitusiyasına edilən əlavələri şərh etmək barədə sualını cavablandırarkən bildirib.
Qeyd edək ki, Yaponiya ilə Rusiya arasında II Dünya müharibəsindən sonra sülh müqaviləsinin imzalanması barədə danışıqlar ötən əsrin ortalarından davam edir. Müqavilənin imzalanmasına əsas maneə kimi Kuril adalarının cənub hissəsinin mənsubiyyəti göstərilir. 1945-ci ildə bütün arxipelaq müharibənin nəticəsi olaraq keçmiş SSRİ-nin tərkibinə daxil edilib. Lakin Yaponiya tərəfi həmin arxipelaqa daxil olan İturup, Kunaşir, Şikotan və Habomai adalar qrupunu bu ölkənin ayrılmaz tərkib hissəsi hesab edir.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.06.2026 [23:24]
Belfastda irqi ayrı-seçkiliyə qarşı aksiyaya minlərlə insan qatılıb
- 13.06.2026 [21:11]
ABŞ Prezidenti: İranla müqavilənin sabah imzalanması planlaşdırılır
- 13.06.2026 [20:21]
On il sonra Almaniyada 4,3 milyon işçiyə ehtiyac yarana bilər
- 13.06.2026 [19:59]
Rəsmi Kiyev: Ukrayna heç vaxt bioloji silah hazırlamayıb
- 13.06.2026 [17:01]
Ukrayna Müdafiə Qüvvələri Rusiyanın bir sıra obyektlərinə zərbələr endirib
- 13.06.2026 [16:40]
Kipr Türk Tarix Cəmiyyəti 63 ildən sonra yenidən qurulub
- 13.06.2026 [16:37]
Oman sahilləri yaxınlığında tanker gəmisinə mərmi dəyib
- 13.06.2026 [16:29]