Yaponiya Şimali Koreyanın raket sınağına sərt etiraz edib
Bakı, 12 avqust, AZƏRTAC
Yaponiya Şimali Koreyanın səhər saatlarında həyata keçirdiyi ballistik raket sınağı ilə əlaqədar Pxenyana rəsmi etiraz ünvanlayıb.
AZƏRTAC xəbər verir ki, Yaponiya mediasının müdafiə naziri Şinjiro Koizumiyə istinadən yaydığı məlumata görə, Tokio Pekindəki səfirliyinin diplomatik kanalları vasitəsilə Şimali Koreyanın hərəkətlərini qətiyyətlə pisləyib. Nazir qeyd edib ki, Pxenyanın mütəmadi raket buraxılışları bölgədə sülh və təhlükəsizliyə ciddi təhdid yaradır.
Müdafiə Nazirliyinin açıqlamasına görə, Şimali Koreyanın Vonsan bölgəsindən atdığı raketin maksimal uçuş hündürlüyü təxminən 90 km, mənzili isə 690 km təşkil edib. Buraxılışdan təxminən 10 dəqiqə sonra suya düşən raket Yaponiyanın xüsusi iqtisadi zonasından kənarda qərarlaşıb və heç bir ziyan qeydə alınmayıb. Bu, cari ildə qeydə alınan yeddinci raket sınağıdır.
Qeyd edək ki, son raket buraxılışı ABŞ və Cənubi Koreyanın Pxenyanın sərt qınağına səbəb olan "Ulchi Azadlıq Qalxanı" birgə hərbi təlimlərinə hazırlaşdığı bir dövrə təsadüf edir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.09.2026 [18:02]
Rumıniyada benzinin qiyməti tarixi maksimuma çatıb
- 12.09.2026 [16:09]
Xorvatiyada 192 mindən çox vətəndaşın bank hesabı borca görə bloklanıb
- 12.09.2026 [14:51]
Afina və Buxarest arasında enerji bağlantıları gücləndirilir
- 12.09.2026 [14:26]
İraq hökuməti Səudiyyə Ərəbistanına hücumlarla bağlı araşdırma aparır
- 12.09.2026 [14:04]
Suriyada həbsxanada yanğın nəticəsində 7 məhbus həlak olub
- 12.09.2026 [14:02]
Rumıniya bütün ölkə ərazisini əhatə edən genişmiqyaslı hərbi təlim keçirəcək
- 12.09.2026 [13:37]
Bolqarıstanda hərbi sursat anbarlarında güclü partlayışlar baş verib
Bu saata olan əsas xəbərlər
- [20:00]
Sabahın hava proqnozu açıqlanıb
- [12:46]
Bu saata olan əsas xəbərlər
- [12:00]
Tramp ABŞ-də yetkin şəxslərə 5 min dollar veriləcəyini bir daha təsdiqləyib
- 11.09.2026 [23:47]
Səudiyyə Ərəbistanı Şərq-Qərb neft kəmərində əməliyyatları dayandırıb
- 11.09.2026 [23:16]
“Fənərbağça” rəhbərliyi baş məşqçinin istefasını qəbul etməyib
- 11.09.2026 [22:24]
Milix Yevdayevə 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni təqdim olunub
- 11.09.2026 [21:26]
Diplomatik korpusun Qarabağ və Şərqi Zəngəzura səfərinin ilk günü başa çatıb
- 11.09.2026 [21:03]
Fransada inflyasiyanın ilin sonuna yaxın 3 faizə çatacağı gözlənilir
- 11.09.2026 [20:47]