Yaponiyada koronavirusa yoluxanların sayı artıb
Tokio, 8 mart, AZƏRTAC
Martın 8-də yerli vaxtla saat 12:30-a olan son məlumatlara görə, Yaponiyada koronavirusa yoluxanların sayı 1159 nəfərə çatıb.
Bu barədə AZƏRTAC-ın Yaponiyadakı bürosuna həmin ölkənin Səhiyyə, Əmək və Əhalinin Sosial Təminatı Nazirliyindən verilən məlumatda bildirilir. Qeyd edilir ki, onların əksəriyyəti - 669 nəfər Tokio yaxınlığındakı Yokohama limanında saxlanılan “Diamond Prinsess” kruiz laynerinin sərnişinləri və heyət üzvləridir.
Bu günədək Yaponiyada koronavirusa yoluxan 14 nəfər ölüb ki, onların da yarısı kruiz laynerində olanlardır.
Martın 8-dək Yaponiyada həmin virusa yoluxmuş 311 nəfərin sağaldığı və evlərinə buraxıldığı da qeyd edilir.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.10.2026 [22:43]
ABŞ İrana qarşı sanksiyaları genişləndirib
- 15.10.2026 [22:24]
“Volkswagen” minlərlə elektrikli avtomobili geri çağırır
- 15.10.2026 [20:48]
Rusiya ABŞ-yə dizel yanacağının tədarükünə 2-3 həftə ərzində başlaya bilər
- 15.10.2026 [20:28]
Almaniya Qırmızı dənizdə hərbi-dəniz missiyasında iştirakını davam etdirəcək
- 15.10.2026 [19:19]
Fyodor Şukin Dağıstanın rəhbəri seçilib
- 15.10.2026 [19:18]